P.A.Oyunski adına Saxa Akademik Teatrı () — saxa dilində dramatik tamaşalar qoyulan Saxa Respublikasının (Yakutiya) əsas teatrı. Tarixi 1920-ci ildə teatrın yaradılması zamanı Yakutiyada iki truppa: rus və yakutiya truppaları təşkil olundu. 1925-ci ildə truppa ayrıca teatr oldu. Yarandığı gün ilk premyeranın günü hesab olunur - Yakut fantastika janrının qurucularından biri Neustroyev Nikolay Denisoviçin "Kuhakan tyyn" (Şər Ruhu) komediyasının - 17 oktyabr tarixində səhnələşdirildiyi gündür.
Teatrın ilk direktoru şair və dramaturq Anempodist Sofronov-Alampa idi. Vilyui həvəskar teatrının təşkilatçısı rejissor Dmitri Dmitriyeviç Bolşev olmuşdur. Teatrın ilk peşəkar rejissoru 1933-1958-ci illərdə işləyən Rusiya Teatr Sənəti İnstitututundan məzun olan Spiridon Alekseyeviç Qriqoryev idi.
Saxa Akademik Teatrı həmişə tamaşaçıları maraqlı səhnə əsərləri ilə sevindirmişdir. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq-vətənpərvərlik mövzusu tamaşalarda canlı şəkildə əks olunurdu. Konstantin Simonovun "Rus xalqı" və "Məni gözlə", L.Leonovun "İstilası", A.Kronanın "Filo Zabiti", İ.Baxterev və A. Razumovskinin "Komandir Suvorov", N.Korneiçukun "Cəbhə", A.Qladkovun "Çoxdan əvvəl" əsərləri teatr tərəfindən səhnəyə qoyulmuşdur.
1960-1970-ci illərdə teatra Fedot Potapov rəhbərlik edirdi. Bu illərdə teatrda klassik tamaşalar səhnələşdirilirdi.
1983-cü ildən 2010-cu ilə qədər Andrey Borisov teatrın bədii rəhbəri və aparıcı direktoru vəzifələrində çalışıb.
1934-cü ildə teatra Yakutiya şairi, dramaturqu və dövlət xadimi Platon Oyunskinin adı verildi.
1990-cı ildə teatrın adı rəsmi olaraq P.A.Oyunski adına Saxa Teatrı olaraq dəyişdirildi.
1995-ci ildən teatr akademik teatr adına layiq görüldü və bundan sonra Platon Alekseyeviç Oyunski adına Saxa Akademik Teatrı adlandırılmağa başladı.
P.A.Oyunski adına Saxa Akademik Teatrı Saxa ilə yanaşı həm respublikanın digər bölgələrində, həm də Rusiya və xarici ölkələrdə qastrollarda olmuşdur. Bu səbəbdən teatrın turlarının coğrafiyası genişdir. Respublikanın 80 yaşayış məntəqəsini və regional mərkəzlərini - Baykal-Amur magistralı (BAM), Xabarovsk, Çita, Maqadan, Minsk və Bobruysk (Belarus), Ust-Kamenogorsk, Leninsk (Qazaxıstan), Yoşkar-Ola (Mari El Respublikası), Blaqoveşensk daxil olmaqla bir çox yerlərə qastrol səfərləri təşkil edilmişdir.
Səhnələşdirilmiş tamaşalar "Qonşular" Lev Lvoviç Qabışev. Rejissor: Vasili Vasilyeiç Mestnikov; bədii rəssam: Q.М.TuralısovАнтология Саха театра: в трех кн./ Кн. 2.:кн.-альбом / [авт.-сост.: Е.Н. Степанов (рук.) и др.] — Якутск: Бичик, 2013. — С. 23. — ISBN 978-5-7696-3996-8. "Abaqa Ulduzları", Lev Lvoviç Qabışev. Rejissor: RSFSR xalq artisti Qriqoryev Spiridon alekseyeviçАнтология Саха театра: в трех кн./ Кн. 2.:кн.-альбом / [авт.-сост.: Е.Н. Степанов (рук.) и др.] — Якутск: Бичик, 2013. — C. 27 — ISBN 978-5-7696-3996-8. "Ağaclar ayaq üstə ölür" Aleksandr Kasson. Rejissor: Vasili Fomin 1982 — "Arzu olunan Mavi Sahil" Çingiz Aytmatov. Rejissor: Andrey Borisov "Kral Lir" Şekspir. Rejissor: Andrey Borisov 1936-cı ildən bəri teatrda peşəkar sənətçilər: Moskva Dövlət Teatr Sənəti İnstitutunun A. V. Lunaçarski adına Yakutiya studiyasının məzunları işləməyə başladı. Anna İanovna Kuzmina (1955—2017), Saxa Respublikasının xalq artisti, RSFSR-in əməkdar artisti. Matvey Matveyiviç Lobanov (1959—2000), opera müğənnisi, RSFSR Xalq artisti. Afanasi Prokopeyivç Petrov (1936—?), aktyor və rejissor, RSFSR Xalq artisti. Pyotr Mixayloviç Peşetnikov (1934—1960), aktyor və rejissor, RSFSR Xalq artisti. Varara Nikolayena Yakoleva (1959—1961; 1966—1980), opera müğənnisi (lirik və dramatik soprano), RSFSR Xalq artisti Müasir teatr truppası Qerasim Vasilyev — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, Olonxo Teatrının baş rejissoru. Yelena Serqeyeva Rumyaneviç — Saxa Respublikasının əməkdar artisti, Rusiya Federasiyasının əməkdar artisti. Efim Stepanov — səhnə rejissoru, Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti (1993). Zoya Baqınanova — Saxa Respublikasının xalq artisti. İzabella Nikolayeva — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Mariya Varlamova — Saxa Respublikasının xalq artisti. Pyotr Basnayev — Saxa Respublikasının əməkdar artisti, Rusiya Federasiyasının əməkdar artisti. Stepanida Borisova — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının xalq artisti.
Mükafatları P. Oyunskinin "Улуу Кудаҥса" (Böyük Kudanqsa) pyesinə görə "Festivalın Ən Yaxşı Tamaşası" nominasiyasında I Beynəlxalq "Tuğanlıq" Türkdilli Teatrlar Festivalının 2-ci mükafatı (1991). "Кыыс Дэбилийэ" (2002) tamaşasına görə — Qızıl Maska Milli Teatr Mükafatında Tənqidçilər mükafatı. E. İoneskonun "Makbet" pyesinə görə — Dram Teatrı və Kukla Teatrı Münsiflərin Xüsusi mükafatı. (rejissor Sergey Potapov, 2005)Специальный приз жюри драматического театра и театра кукол — за спектакль «Макбет» Э. Ионеско (режиссёр Сергей Потапов, 2005)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə teatrlar Kateqoriya:Rusiya teatrları Kateqoriya:1925-ci ildə yarananlar
