İzabella de Luzinyan () və ya Kiprli İzabella () — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti.

Ailəsi İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur.

Regensiya İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Antioxiya knyazlığı Kateqoriya:Yerusəlim krallığı Kateqoriya:Luzinyanlar Kateqoriya:Qadın hökmdarlar