Liviya () və ya rəsmi adı ilə Liviya Dövləti () — Şimali Afrikanın Məğrib regionunda dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərqdə Sudan, cənubda Çad, cənub-qərbdə Niger, qərbdə Əlcəzair və şimal-qərbdə Tunis ilə həmsərhəddir. Ərazisi 1,759,541 kvadrat kilometr, paytaxtı və ən böyük şəhəri Tripolidir.
Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var.Geographical Names, "Great Socialist People’s Libyan Arab Jamahiriya: Libya" , Geographic.org. Retrieved February 27, 2011Geographical Names, "اَلْجَمَاهِيرِيَّة اَلْعَرَبِيَّة اَللِّيبِيَّة اَلشَّعْبِيَّة اَلإِشْتِرَاكِيَّة: Libya" , Geographic.org. Retrieved February 27, 2011 Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.. http://www.libyanmission-un.org/ (as of 24 August 2011).
Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir.U. N. Demographic Yearbook, (2003), "Demographic Yearbook (3) Pop., Rate of Pop. Increase, Surface Area & Density" , United Nations Statistics Division. Retrieved July 15, 2006. .Annual Statistical Bulletin, (2004), "World proven crude oil reserves by country, 1980–2004" , O. P. E. C.. Retrieved July 20, 2006.
6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir.
2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür . Liviya neft ehtiyatına görə dünyada 10-cu, istehsalına görə 17-cidir.
Əhali thumb|left|250px Liviyanın əhalisi – 6,46 milyon nəfərdir (o cümlədən 167 min xaricdən gələn işçilər) (2009). Camaatı daha çox çöl bölgələrində yaşayırlar.
Əhalisi və demoqrafik vəziyyət 1973-cü ildəki 2,2 milyon olan əhali sürətli artım nəticəsində 1998-ci ildə 5,7 milyon nəfərə qədər artdı. 1970-ci illərdə illik əhali artımının templəri 4%-i ötürdü. 2010-cu ilin məlumatına görə ölkədə 6 milyon 461 min nəfər yaşayırdı.
Liviyalılatın orta ömrün uzunluğu 77,47 il (qadınlar – 79,88 il, kişilər – 75,18 il) təşkil edir. Uşaq ölüm faizi burada normal göstərici sayılır. 1000 doğuluşda 20,87 ölüm. Liviyalıların orta yaşı 24 il. Əhalinin böyük əksəriyyəti dar sahilboyu zonada və oazislərdə cəmlənmişdir. İnsanlar tez-tez kənd yerindən şəhərlərə köçürlər, 2008-ci ildən demək olar ki, 78% əhali şəhərdə yaşayır.
Liviya iki böyük şəhərə malikdir – Tərabülüs əl-Qərb (1990-da 1,5 milyon sakin) və Benqazi (800 min sakin). Ölkədə bir sıra kiçik şəhərlərdə mövcuddur: Onların sayına Misurata (360 min insan), Ez-Zaviya (280 min), Sebxa (150 min), Tobruk (75,3 min), El-Beyda (67,1 min) və Adjdabiya (65,3 min) aid etmək olar. Bundan əlavə neft terminallarının yanında yeni şəhərlər yaranmışdır: Es-Sider, Ras-el-Anuf, Marsa-el-Bureyka, Ez-Zuvaytina və Marsa-el-Xariqa.
Din Sünni — 93 % Şiə −4 % Xristianlar — 3 % digərlər — <1 %
Savadlılıq 2006-cı ildə Liviyada 15 yaşda və daha yaşlı adamlar arasında 95,4 % oxumağa və yazmağa bilirdilər: Kişilərdən 96,9 % Qadınlardan 94 %
Coğrafiya
Sahəsi 1.759.540 km²-ə çatmaqdadır. Sahəsinə görə Afrikanın dördüncü böyük ölkəsidir. Bu geniş torpaqların az qala 95%-i səhra və ya quraq ərazidir . Şimalda Aralıq dənizi və cənubda Ekvator Afrikası arasında bir qum dənizinə bənzəyən Böyük Səhra çölünün, təxminən 1300 km uzunluğundakı böyük bir hissəsi, Liviya torpaqlarının payına düşür.
Liviyanın, Tunis və Misir arasında olan Aralıq dənizi sahillərinin uzunluğu, təxminən 1912 km-dir. Sahildən etibarən getdikcə yüksələn Liviya torpaqları, ümumiyyətlə yüksək yayla görünüşündə olub, başlıca üç böyük bölgəyə ayrılar; Bunlar Fizan, Trablus və Sirenaik bölgələridir. Aralıq dənizinə bir qövs şəklində girmiş olan Sirenaik bölgəsi, düz girintisiz çıxıntısız olan sahillərdən etibarən yüksəlməyə başlar. Sahilə paralel uzanan Yaşıl Dağı (Cebel-ül-Ahdar) buradakı mövcud yaylanın ən yüksək yeri olub, təxminən 880 m yüksəkliyindədir. Şimal-şərqdəki bu yüksək yayla, güneyde Liviya Səhrasına doğru alçalmağa başlayır.
Sidra Körfəzinin qərbində yer alan və ortalama 650 m yüksəkliyində olan Trablus bölgəsi, irili xırdalı vahələrə sahib olub, məhsuldar torpaqlarla örtülüdür. Bu bölgənin ən yüksək yeri olan Nefusa Dağı, bölgəni şimal küləklərindən müdafiə edir.
Liviya torpaqlarının böyük bir hissəsini meydana gətirən və Şimal Afrikanı az qala örtmüş olan Böyük Səhra çölü kimsəsizdir. Səhra çölündə iqlim də çox fərqlilik göstərir. Bəzi yerlərinə on il boyunca heç yağışlar yağmır.
Tarix
Liviya vətəndaş müharibəsi
Liviyanın şimal-qərb hissəsində dövlətin paytaxtı yerləşir Tərabülüs əl-Qərb şəhəri körfəzin Aralıq dənizi sahilboyu sahəsini tutur. Tripoli az qala özündə Romanın, Misirin, Yunanıstanın, Bizansın, Karfagenin və Finikiyanın mədəniyyətlərinin təsirini sınaqdan keçirmiş dünyanın ən qədim şəhəridir
Şəhərin əsası finikiyalılara aid edilir – I yüzillikdə Yunanlar bu əraziyə indiki Tripoli adını veriblər. Tripolinin bütün Aralıq Dənizinin böyük mədəni və iqtisadi mərkəzi sayılır. Bizanslar burada V- əsrdə hökmranlıq ediblər. — VI yüzillikdə isə burada Ərəb Xilafəti hakimiyyətdə olmuşdur. Tripoli Orta əsrlərlədə isə İspaniyaya aid idi, lakin Osmanlı İmperiyası şəhəri 16-cı əsrdə geri aldı . Tripoli türklərdə iyirminci əsrə qədər qaldı.
İtaliya, Osmanlı ilə müharibənin lap əvvəlində, (1911–1912-ci il.) şəhəri İtalyan qoşunları işğal etdi. İngilislərin qoşunları isə 1943-cü ildə şəhərə girdi, 8 il sonra Liviya paytaxtı Tripoli ilə birlikdə müstəqil dövlət oldu.
Paytaxtın cənubu ictimai və işgüzar binalardan ibarət olan Yeni şəhərdir Tripoliyə məşhurluğu burada yerləşən bazarlar gətirdi, hansılar ki, neçə əsrdən heç vaxt dəyişmirlər . Tacirlər qonaqlara ənənəvi geyimləri ədviyyatları və Şərqin şirniyyatlarını almağı təklif edirlər, bahalı parçalar, misdən və tuncdan məmulatlar, ərəb ətiri bazarlarda üstünlük təşkil edir . Burdaca qızıl sıraları var, ən ucuz və ən gözəl zərgər məmulatlarıda tripoli bazarlarındadır.
Flora və Fauna thumb|Saxara
Flora thumb|Narthumb|Limonthumb|Portağalthumb|Naringi thumb|Evkaliptthumb|Kaktusthumb|Çiçəkthumb|Xurma
İstinadlar
Mənbə
Həmçinin bax Əsbiyyə
Xarici keçidlər
Kateqoriya:Ərəb Liqasına üzv dövlətlər Kateqoriya:Ərəb dilində danışılan ölkə və bölgələr Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:OPEK-ə üzv dövlətlər Kateqoriya:Məğrib ölkələri Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:İslam dövlətləri Kateqoriya:Unitar respublikalar