Naftalan Hava Limanı — Azərbaycanın Naftalan şəhərində yerləşən, 1997-ci ildən bəri fəaliyyəti dayandırılmış hava limanı.

Tarixi Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. O vaxtdan bəri hava limanı Gəncə və Bakı aeroportları üzrə bilet satışı həyata keçirən kassa rolunu oynayıb. Əvvəllər bu aeroport vasitəsilə Bakı-Naftalan istiqamətində Yak-40 sərnişin təyyarələri uçub.

Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

2020-ci ilin noyabrında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcəyi açıqlanıb.

2021-ci ilin iyul ayında Azərbaycanın prezidenti İlham Əliyev hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib.

İstinadlar

Xarici keçidlər Naftalana birbaşa uçuşlar olacaqmı? — Rəsmi açıqlama Naftalan hava limanı yenidən istifadəyə veriləcəkmi?

Kateqoriya:Azərbaycan hava limanları