Şihabəddin Əhməd ibn Əbdülvəhhab ən-Nüveyri (; ) — orta əsr ərəb alimi, ensiklopedisti.

Həyatı Şihabəd-din Əhməd ibn Əbd əl-Vəhhav ən-Nüveyri 1278-ci ildə indiki Misirin Kus şəhərində anadan olmuşdir. O, 31 cildlik "Nihayyət əl-ərəb fi fünun əl-ədəb" (Ədəb elmində məqsədlərin sonu) əsərinin müəllifidir. Nüveyrinin üzərində 20 ilədək işlədiyi bu ensiklopedik əsərində 1331-ci ilədək baş vermiş hadisələrdən bəhs olunur. Bir sıra Avropa dillərinə tərcümə edilmiş həmin əsər Misir, müsəlman İspaniyası, Qızıl Orda, Elxanilər dövləti (xüsusilə Azərbaycana sahiblənmək üzərində Qızıl Orda ilə gedən müharibə), Yaxın Şərqin bir sıra ölkələrinin ictimai-siyasi tarixinin öyrənilməsində mühüm mənbədir. Nüveyri 5 iyun 1333-cü ildə Məmlük sultanlığının bir parçası olan Qahirə şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Orta əsrlər yazıçıları Kateqoriya:Misir tarixçiləri Kateqoriya:Ensiklopediyaçılar Kateqoriya:İslam alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:İslam tarixi Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Misir yazıçıları Kateqoriya:Xəttatlar Kateqoriya:XIII əsr tarixçiləri Kateqoriya:XIV əsr tarixçiləri Kateqoriya:İslam tarixçiləri