Herman Yuli Obert (; ) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir.
Həyatı Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir.
İrsi 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir. 1963-cü ildən həmin cəmiyyət Obertin adını daşıyır.
İstinadlar
Xarici keçidlər
Herman Obert Kosmos Muzeyi
Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Raket alimləri Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İxtiraçılar