Vasili Parmenoviç Obraztsov (; ) — Rusiya terapevti, professor.

Həyatı Vasili Parmenoviç Obraztsov 13 yanvar 1851-ci il tarixində Voloqda quberniyasının Qryazovets şəhərində anadan olmuşdur. O, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində alay həkimi işləmişdir. Obraztsov 1893-cü ildə professor olmuşdur. O, şagirdi N. D. Strajesko ilə birlikl ilk dəfə 1910-cu ildə miokard infarktının klassik təsvirini vermiş, qarın boşluğu orqanlarının müayinə üsullarını işləyib hazırlamışdır. Obraztsov ürək fəaliyyətində yaranan səs dəyişikliyini bilavasitə qulaqla dinləməyin üstünlüklərini isbat etmişdir. O, terapevtlər məkətninin yaradıcılarındandır. Obraztsov 14 dekabr 1920-ci il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Деятели России: 1906 г. / Ред.-изд. А. М. Шампаньер. — Санкт-Петербург, 1906. — СС. 183.

Глоссарий → Описание: Образцов В. П.;

Kateqoriya:Rusiya imperiyası həkimləri