Sanyera () — İspaniyanın bir muxtar regionu olan Kataloniyanın rəsmi bayrağı olaraq istifadə olunur. Beş sarı və dörd qırmızı xətdən ibarətdir. Kataloniya bayrağı 1933-cü ildə muxtariyyət icma bayrağı kimi təsdiq olunub. 1939-cu ildə Fransisko Franko tərəfindən qadağan edilən bayraq 1979-cu ildə yenidən Kataloniyanın rəsmi bayrağı oldu.
Həmçinin bax Kataloniya himni
Kateqoriya:1933-cü ildə yarananlar Kateqoriya:25 mayda yarananlar Kateqoriya:Kataloniya Kateqoriya:Qırmızı və sarı bayraqlar