Miftahəddin Ağmolla (, , ; ) — başqırd şairi, maarifçi.

Həyatı Miftahəddin Ağmolla 26 dekabr 1831-ci ildə tarixində Rusiya imperiyasının Tuksanbayevo kəndində (indiki Başqırdıstanda) anadan olmuşdur. O, mədrəsə təhsili almış, müəllimlik etmişdir. Ağmolla "Türki" dilində yazmışdır. Onun qazax dilində də şeirləri var. Ağmolla şeirlərində zəhmətkeşlərin arzu və istəklərinin, ədalət və humanizm ideyalarını tərənnüm etmiş, xalqı maarifə çağırmış, bay və mollaları satira atəşinə tutmuşdur. O, kəskin sosial-tənqidi şeirlərinə görə təqib olunmuş, dörd il Troitsk həbsxanasında saxlanılmışdır. Ağmolla çarizmin əlaltıları tərəfindən öldürülmüşdür. O, 20 oktyabr 1895-ci il tarixində Sırostan kəndində vəfat etmiş, Miassda dəfn edilmişdir.

İrsi Ağmollanın əsərləri yalnız ölümündən sonra, 1904-cü ildə toplu halında çap olunmuşdur. 1911–1916-cı illərdə Orenburq quberniyasının Troitsk şəhərində şairin adı ilə "Ağmolla" satirik jurnalı nəşr edilmişdir. Onun anadan olmasının 150 illiyi qeyd olunmuş, 1981-ci ildə Miassda qəbirüstü abidəsi qoyulmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Вильданов А. Х., Кунафин Г. С. Башкирские просветители-демократы XIX в. М., 1981. Шакуров Р. З. Звезда поэзии. Уфа, 1981. Вильданов Ә. Х. Аҡмулла — яҡтылыҡ йырсыһы. Өфө, 1981.

Xarici keçidlər

Шакуров Р. З. Акмулла // Башкирская энциклопедия / гл. ред. М. А. Ильгамов. — Уфа : ГАУН «Башкирская энциклопедия», 2015—2020. — Мифтахетдин Акмулла — жизнь и творчество

Kateqoriya:Qazax şairlər Kateqoriya:Başqırd şairlər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Türk şairlər