Pappataçi qızdırması, mığmığa qızdırması və ya üçgünlük qızdırma — mığmığaların sancması nəticəsində virusların orqanizmə keçməsindən törəyən xəstəlik.
Simptomlar Xəstəlik inkubasiya dövründən sonra (3–6 gün) kəskin başlayır, temperatur yüksəlir (3–5 gün), başağrısı, gözü hərəkət etdirdikdə, baldır əzələlərində, bel-oma nahiyəsində ağrı olur. Xəstəlik başlayandan 24–26 saat sonra xəstənin qanında virus tapılır.
Yayılması Pappataçi qızdırması isti ölkələrdə, yəni Afrika, Asiya, Amerika, Avropanın Aralıq dənizi sahillərində geniş yayılmışdır. Krımda, Moldovada, Mərkəzi Asiya və Qafqazda rast gəlmək olur. Xəstəlik mığmığaları qırmaqla ləğv edilir.
İstinadlar
Kateqoriya:Heyvanların virus xəstəlikləri Kateqoriya:Həşəratlarla ötürülən xəstəliklər Kateqoriya:Virus infeksiyaları Kateqoriya:Qızdırma