Futbol üzrə 11-ci Avropa çempionatı (; ; ) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.

11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.

Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.

Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.

Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.

Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.

Qısa xülasə A qrupunda gözlənilmədən son çempion Almaniya yalnız 1 xal toplayaraq sonuncu pilləni tutdu. İngiltərə qrupun sonuncu oyununda son dəqiqələrdə penaltidən qol buraxaraq turnirə erkən vida etməli oldu. Qrupdan 1/4 mərhələyə Rumıniya və Portuqaliya vəsiqə qazandı. B qrupunda İtaliya hər 3 görüşü qələbə ilə başa vuraraq qrup birincisi oldu. İkinci yeri isə sürpriz şəkildə Türkiyə millisi tutdu. Avropa çempionatları tarixində ilk dəfə qrup mərhələsini keçə bilməyən ev sahibi komanda Belçika oldu. İsveç qrupda sonuncu yerlə kifayətləndi. Ən mürəkkəb vəziyyət C qrupunda yaşandı. Bütün komandalar 1 dəfə məğlub oldular. Qrupdan növbəti mərhələyə İspaniya və Yuqoslaviya FR komandaları çıxdı. Son turda Yuqoslaviya FR ilə görüşdə hesabda 3 dəfə geri düşən İspaniya (0:1, 1:2, 2:3), 92-ci (penaltidən) və 95-ci dəqiqədə vurduğu qollarla qələbə qazandı. D qrupunda Niderland və Fransa ilk iki yeri tutdu. Niderland son turda ikinci heyəti oyuna çıxaran Fransanı da məğlub edərək 100%-lik nəticə ilə qrup mərhələsini başa vurdu. Ötən çempionatın finalçısı Çexiya və 1992-ci ilin Avropa çempionu Danimarka milliləri yarışı erkən tərk etməli oldular. Play-off mərhələsi də maraqlı oyunlara səhnə oldu. Yuqoslaviya FR Niderlanda 1:6 hesabı ilə məğlub olarkən Klüvert het-triklə yadda qaldı. Portuqaliya və İtaliya milliləri rəqiblərini rahatlıqla məğlub etdilər. Oyunun son dəqiqələrdə İspaniya millisinin hücumçusu Raul Qonsales penaltini qola çevirə bilmədiyi üçün ispanlar Fransaya məğlub oldu. Yarımfinalda Niderland İtaliya ilə oyunda 90 dəqiqə ərzində 2, oyun sonrası isə 3 penaltini qola çevirə bilmədi və turnirlə vidalaşdı. Fransa isə əlavə vaxtda təyin olunan penalti sayəsində qələbə qazandı. Finalda İtaliya millisi irəlidə olsa da, ikinci hissəyə əlavə olunmuş vaxtın son saniyələrində Viltor hesabı bərabərləşdirdi. Daha sonra isə Trezege "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.

Seçmə mərhələsi oyunları

UEFA Avro 2000-in seçmə mərhələsinin oyunları 1998 və 1999-cu illərdə baş tutdu. 49 milli komanda 9 qrupa bölündü. Komandalar ev-səfər prinsipi ilə biri-biriləri ilə oyunlar keçirdi. Qrupda birinci yeri tutmuş komandalar və ikinci yeri tutmuşlar arasından ən yaxşı nəticə göstərən bir komanda final mərhələsinə vəsiqə qazandı. Qalan 8 komanda isə pley-off matçlarında mübarizə apararaq digər 4 komandanı müəyyənləşdirdi. Belçika və Niderland yığmaları ev sahibləri kimi avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanmışdılar.

1-ci qrup2-ci qrup3-cü qrup4-cü qrup5-ci qrup

6-cı qrup7-ci qrup8-ci qrup9-cu qrup10-cu qrup

Püşkatma Final mərhələsinin püşkatması 12 dekabr 1999-cu ildə Brüsselin Sərgi zalında keçirilmişdir. Komandaların torbalar üzrə bölgüsü həmin ilin sonuna olan UEFA reytinq cədvəlinə əsasən aparılmışdır.

+1-ci səbətKomanda Reytinq Yer 2.611 1 2.278 7 2.250 8 2.375 5+2-ci səbətKomanda Reytinq Yer 2.600 2 2.500 3 2.389 4 2.300 6+3-cü səbətKomanda Reytinq Yer 2.222 9 2.100 11 2.100 12 2.063 13+4-cü səbətKomanda Reytinq Yer 2.000 15 1.938 18 1.938 19 1.000 37

Püşkatmanın nəticələri:

+ A qrupu Sıra Komanda A1 A2 A3 A4 + B qrupu Sıra Komanda B1 B2 B3 B4 + C qrupu Sıra Komanda C1 C2 C3 C4 + D qrupu Sıra Komanda D1 D2 D3 D4

Şəhərlər və stadionlar Belçika Niderland Brüssel Brügge Amsterdam Rotterdam Kral Boduen Yan Breydel Amsterdam Arena Feyenoord Tutumu: 50 000 Tutumu: 30 000 Tutumu: 52 000 Tutumu: 51 000200pxalt=|200x200px200pxalt=|200x200pxLyejŞarleruaEyndhovenArnemMoris DüfranStad dü Pei de ŞarleruaFilipsGelredom Tutumu: 30 000 Tutumu: 30 000 Tutumu: 33 000 Tutumu: 30 000200px200pxalt=|200x200pxalt=|200x200px

Hakimlər 15 fevral 2000-ci ildə UEFA Avropa çempionatında iştirak edəcək 12 hakim, 16 hakim köməkçisi və 4 4-cü hakimi təyin etdi. Hakimlər arasına Afrika Fubol Konfederasiyasına daxil olan bir əsas hakim və bir yan hakim də dəvət edildi.

Açılış oyunu olacaq Belçika-İsveç matçı üçün alman hakim Markus Merk təyin olundu.

HakimlərYan hakimlər4-cü hakimlər Günter Benko Yuri Dupanov Mişel Piro Kim Milton Nilsen Roland Van Nilen Kiros Vassaras Camal Əl-Qandur İvan Lekov Terye Hauge Qrem Poll Yens Larsen Lüboş Mixel Jil Vesye Filip Şarp Markus Merk Jak Poudevin Pyerluici Kollina Kurt Ertl Dik Yol Sercio Zukolini Vitor Melo Pereyra Dramane Dante Hyu Dallas Emanuel Zammit Xose Mariya Qarsiya-Aranda Yaap Pul Anders Frisk Eddi Foli Urs Mayer Nikolae Qriqoresku İqor Sramka Karlos Martin Nieto Leyf Lindberq Turqay Güdü

Komandaların heyətləri

Final turniri A qrupu KomandaOQBMQ.vQ.bXallar3300729311144431025633012151

B qrupu KomandaOQBMQ.vQ.bXallar3300629311132431022533012241

C qrupu KomandaOQBMQ.vQ.bXallar3201656 311177431111143021452

D qrupu KomandaOQBMQ.vQ.bXallar3300729320174631023333003080

Pley-off mərhələsi

1/4 final

İspaniya-Fransa oyununda 90-cı dəqiqədə Raul 11 metrlik cərimə zərbəsini doğru icra edə bilməmişdir (Topu qapı tirinin yuxarı göndərmişdir).

1/2 final

Niderland-İtaliya oyununda Frank De Bur (39-cu dəqiqədə, qapıçı çıxrmış) və Patrik Klüvert (62-ci dəqiqədə, dirəyə dəymiş) 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişlər.

Final

Q 16Fabyen BartezRB 15Lilian Türam CB 8 Marsel DesaiCB 5 Loran BlanLB 3 Biksant Lizarazyu CM 4 Patrik VieraCM 7 Didye Deşam (k)RW 6 Yuri Corkayeff AM 10Zinəddin ZidanLW 12Tyerri AnriCF 21Kristof Düqarri Əvəzetmələr:FW 13Silven Viltor FW 20David Trezege MF 11Rober Pires Baş məşqçi:Roje Lemer300px Q 12Françesko ToldoCB 5 Fabio Kannavaro CB 13Alessandro NestaCB 15Mark YulianoRWB11Canluka PessottoLWB3 Paolo Maldini (k)CM 4 Demetrio AlbertiniCM 14Luici Di Byaco AM 18Stefano Fyore SS 20Françesko Totti CF 21Marko Delvekkio Əvəzetmələr:FW 10Alessandro Del Pyero MF 16Massimo Ambrozini FW 19Vinçenzo Montella Baş məşqçi:Dino Zoff

Avropa çempionu2000İkinci titul

Bombardirlər 5 top Patrik Klüvert Savo Miloşeviç 4 top Nunu Qomeş 3 top Tyerri Anri Serjiu Konseysau Zlatko Zaxoviç

Statistika Simvolik yığma komanda

thumb|right|300px|Turnirin rəmzi yığması

Q Fabyen Bartez Q Françesko Toldo M Loran Blan M Marsel Desai M Lilian Türam M Fabio Kannavaro M Paolo Maldini M Alessandro Nesta M Frank de Bur Ym Patrik Viera Ym Zinəddin Zidan Ym Demetrio Albertini Ym Edqar Davids Ym Rui Koşta Ym Luiş Fiqo Ym Pep Qvardiola H Savo Miloşeviç H Tyerri Anri H Françesko Totti H Patrik Klüvert H Nunu Qomeş H Raul

Qızıl Buts sahibi Patrik Klüvert (5 qol) Savo Miloşeviç (5 qol)

Turnirin oyunçusu Zinəddin Zidan

Pul mükafatları + Pul mükafatlarıYerKomandaMilyon İsveçrə frankı114.4213.2310.257.895.4134.8

Turnirin pul mükafatı olan 120 milyon İsveçrə frankı (CHF) final mərhələsində iştirak edən 16 komanda arasında bölüşdürüldü.

Mükafatların bölgüsü: Çempion: 14,4 milyon CHF Finalçı: 13,2 milyon CHF Yarımfinalçılar: 10,2 milyon CHF 1/4 finalçılar: 7,8 milyon CHF Qrup mərhələsi: Üçüncü yerin sahibi: 5,4 milyon CHF Dördüncü yerin sahibi: 4,8 milyon CHF

9 iyul 2000-ci ildə UEFA Yuqoslaviya FR-nin pul mükafatını ölkənin futbol federasiyasının hesabına köçürtməkdən imtina etdi. Buna səbəb kimi Yuqoslaviya Futbol Federasiyasının ölkənin prezidenti Slobodan Miloşeviçlə əlaqələrinin olduğu göstərilirdi. Lakin bir müddət sonra əlaqələrin olmadığı aşkarlandı və federasiyanın hesabına pul mükafatı köçürüldü.

Maraqlı faktlar Avro 2000-dəki qələbədən sonra Fransa prezidenti Jak Şirak yığmanın 4 oyunçusunu — Silvan Viltoru, Yohan Mikuyu, Nikolya Anelkanı və Ulrix Rameni Fəxri Legion Ordeni ilə mükafatlandırmışdır. Bu 4 oyunçu 2 il əvvəl dünya çempionu olan və ordenlə mükafatlandırılmış heyətdə yox idilər. Fransa-Portuqaliya yarımfinal görüşündən öncə təşkilatçılar Fransa yığması üçün Vaterloo yaşayış məntəqəsindəki "Qrand Hoteli" bron etmişlər. Lakin Vaterloonun Napoleonun son məğlubiyyət yeri olması səbəbindən yığma buradakı hotelə getməyə razılıq verməmişdir. Avropa çempionatından dərhal sonra, iyulun 9-da Françesko Toldonun nikah mərasimi baş tutmuşdur. Mərasimda qapıçıya başa çatmış turnirdə penaltiləri mahir dəf etməsi səbəbilə 11 metr uzunluğunda tort təqdim edilmişdir. Bir ingilis qəzeti azarkeşlərin kəsib televizorlarına yapışdıra bilmələri üçün Avro 2000 boyunca müxtəlif uğur gətirəcək fotolar yayımlamışdır. Bunların arasında nal, dovşan quyruğu, taxta və hətta Tofiq Bəhramovun şəkli də var idi. Yarımfinal matçından öncə UEFA Portuqaliya yığması ilə oynayan Fransa yığmasına əsas forması olan göy rəngli formadan istifadə etməyə qadağa qoymuşdur. Belə ki, 150-dən çox ölkədə yayımlanması planlaşdırılan oyunu izləyənlər arasında rəngsiz televizoru olacaq vətəndaşları düşünərək UEFA Fransa millisinin oyunçularının rəqibdən fərqlənə bilməsi üçün ağ forma ilə çıxmasını tövsiyə etmişdir. Sloveniya yığma komandasının baş məşqçisi Sreçko Katanets Avropa çempionatlarının final mərhələsində məşqçilik edən ən gənc baş məşqçi olmuşdur. İlk oyun zamanı Katanets 36 yaş 333 günün içində idi.

İstinadlar

Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 2000. Belçika. Niderland UEFA Avro 2000 UEFA-nın rəsmi saytında UEFA-nın rəsmi saytında turnirin rusdilli səhifəsi

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Belçikanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Niderlandın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:2000-ci ildəki hadisələr Kateqoriya:2000-ci ildə Belçika Kateqoriya:2000-ci ildə Niderland Kateqoriya:1999/2000 mövsümündə Avropada futbol Kateqoriya:1999/2000 mövsümündə Belçikada futbol Kateqoriya:1999/2000 mövsümündə Niderlandda futbol