Məhəmməd Moin (; ) — İran dilçisi, ədəbiyyatşünası.
Həyatı Məhəmməd Moin 12 iyun 1914-cü ildə İranın Rəşt şəhərində anadan olmuşdur. O, qədim və orta əsrlər İran dilləri və mifologiyası üzrə mütəxəssis olmuşdur. Moin Tehran Universitetinin professoru kimi çalışmışdır. O, üçcildlik "Müasir fars dili qrammatikası" (1953), dördcildlik "Fars dilinin izahlı lüğəti" (1963–1968), "Nəsirəddin Tusi və fars ədəbi dili" və s. əsərlərin müəllifidir. Moin Məhəmmədhüseyn ibn Xələf Təbrizinin "Bürhane-qate" lüğətinin geniş müqəddimə ilə nəşr etdirmişdir (c. 1–4, 1951–1957). O, klassik və müasir fars ədəbiyyatına, Nizami, Hafiz, Əmir Xosrov Dəhləvi və başqalarının yaradıcılığına dair tədqiqatları var. Moin 4 iyul 1971-ci il tarixində Tehran şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran dilçiləri Kateqoriya:İran yazıçıları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:XX əsr İran yazıçıları