Bilegiyn Damdinsuren (; ) — Monqolustan bəstəkarı.

Həyatı Bilegiyn Damdinsuren 1919-cu ildə Monqolustanda anadan olmuşdur. O, 1935-ci ildə milli teatr aktyoru olmuş və 1941–1954-cü illərdə musiqi direktoru olmuşdur. Damdinsuren 1954–1956-cı illərdə Leninqrad Dövlət Konservatoriyasında, 1958–1962-ci illərdə Pekin Mərkəzi Konservatoriyasında təhsil almışdır. O, Monqolustana qayıtdıqdan sonra 1981-ci ilə qədər Milli Teatrın musiqi direktoru olmuşdur. Damdinsuren Monqolustan klassik musiqisinin banilərindən biri hesab olunur. O, Luvsanjambın Murdorj ilə birlikdə Monqolustan himnini bəstələmişdir. Damdinsuren 12 yanvar 1992-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində vəfat etmişdir.Bileg Damdinsuren (hugjmiin zohiolch) . Mongol Internet.com

İstinadlar

Kateqoriya:Monqolustan musiqiçiləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları Kateqoriya:Opera bəstəkarları