Yatkayed gölü – Kanadanın Nunavut ərazisinin Kivallik regionununda yerləşən göl. Anqikuni gölü ilə Forde gölü arasında yerləşən bu göl Kazan çayı üzərindəki bir neçə göldən biridir.
Göl ərazidə yaşayan maral ovçusu xalqı olan Sayisi Dene xalqı tərəfindən adlandırılıb. Ərazidə inuit artifaktları da tapılmışdır.
Yatkayed gölü dünyada yeganə göldür ki, onda yerləşən adanın gölündə başqa bir ada, həmin adadakı başqa göldə başqa bir ada, həmin adadakı başqa bir göldə isə başqa ada yerləşir. Başqa sözlə, Yatkayed gölüdəki adanın gölüdəki adanın gölündəki adanın gölündə ada var. , 62°39′03″ N, 97°47′21″ W
Coğrafiya Göl Kanada qalxanının şimal-qərbində yerləşən Çörçil platformasının Qərbi Çörçil bölgəsindəki Hörn ərazisində yerləşir.
Kanada atlasına əsasən ölkənin mərkəzi gölün cənubunda yerləşir.
Minerallar Yatkayed çöküntü hövzəsi uran, mis və molibden ehtiyatları ilə zəngindir. Kaminak qızıl şirkəti 81 min ha ərazidə mədənçilik işləri aparır.
İstinadlar
Xarici keçidlər Xəritə
Kateqoriya:Kanada gölləri Kateqoriya:Nunavut coğrafiyası