Mərkəzi Aran iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab inzibati rayonları və Mingəçevir şəhəri daxildir.
Tarix 1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi bir hissəsi idi.
Mərkəzi Aran iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.
Coğrafiyası İqtisadi rayon şimal-qərbdən Şəki-Zaqatala iqtisadi rayonu, cənub-qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu, cənubdan Mil-Muğan iqtisadi rayonu, qərbdən Gəncə-Daşkəsən iqtisadi rayonu və şimal-şərqdən Dağlıq Şirvan iqtisadi rayonu ilə həmsərhəddir. İqtisadi rayonun cənub hissəsinin relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,619 min kv. km, əhalisi 792,027 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7,6%-ni, əhalisinin isə 7,8%-ni təşkil edir. İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadi rayonları