Franklin Pirs (, ) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir.

Erkən həyatı ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu.Jeffrey W. Coker (2002). Presidents from Taylor Through Grant, 1849–1877: Debating the Issues in Pro and Con Primary Documents. Greenwood. səh. 54. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.D. Hamilton Hurd, History of Hillsborough County, New Hampshire (Philadelphia: J. W. Lewis & Co.) 1885, "Hancock" səh. 350ff).. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır.

Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Franklin Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. . Franklin Pierce: Life Before the Presidency

Siyasi fəaliyyəti Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siyasətlə məşğul olmağı qərara alır və 25 yaşında Nyu-Hempşir ştatının qanunverici orqanına seçilir və tezliklə bu orqanın spikeri olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanunverici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur.

Amerika tarixçiləri onu "ABŞ tarixinin ən pis prezidentləri" sırasına daxil edirlər. 1864-cü ildə qara ciyər sirrozundan vəfat etmişdir.

Mənbə Американские президенты: 41 исторический портрет от Джорджа Вашингтона до Билла Клинтона, feniks, 1997, səh.210–219 Nathaniel Hawthorne. Life of Franklin Pierce. — 1852. Wilfred J. Bisson. Franklin Pierce: A Bibliography. — 1993.

İstinadlar

Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1856) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1852) Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:ABŞ hüquqşünasları