alt=|thumb|Lolita dəbinə uyğun şəkildə geyinmiş yapon qadın. – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir.

Terminologiya "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır.

Tarixi Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır. "Sanrio" şirkəti kavaii paltarlar dizayn edərək onu daha da populyarlaşdırmışdır. 1980-ci illərdə kavaii mədəniyyəti öz populyarlığının zirvəsinə çatmışdı. Otome mədəniyyətindən sonra ortaya çıxan kukla stili lolita dəbinin sələfi olmuşdur.

thumb|left|Klassik lolita.|180px 1977-98-ci illərdə Haracuku bölgəsi bazar günləri nəqliyyata bağlı olduğu üçün Haracukuda piyadalar arasında interaksiyalar artmışdı. Pink House, Milk, Angelic Pretty kimi brendlər kavaii paltarlar satmağa başladıqdan sonra yeni stil ortaya çıxmış və bu stil "lolita" adlanmışdır. Bundan sonra "Baby", "The Stars Shine Bright", "Metamorpho temps de fille" kimi yeni brendlər lolita modasını inkişaf etdirmişdir. "Malice Mizer" kimi musiqi qrupları lolita dəbini daha da populyarlaşdırmışdır. 1990-cı illərdə Yaponiyada baş verən iqtisadi böhran müxtəlif altmədəniyyətlərin yayılmasına təkan vermişdir. Lolita dəbi Kansay regionundan digər regionlara yayılmış və Tokioya çatmışdır.

1990-cı illərin axırlarda Haracuku körpüsü lolita dəbi fanatlarının görüş yerinə çevrilmişdir. Bu dövrdə "Gothic & Lolita Bible" (2001), "KERA" (1998) və "Fruits" (1997) lolita jurnalları ortaya çıxmışdır. Bu jurnalların ingiliscə versiyalarının nəşr olunması lolita dəbinin digər ölkələrə də sıçramasına səbəb olmuşdur. İnternetin yayılması və lolita brendlərinin Paris, Nyu-York kimi şəhərlərdə dükanlar açması lolita dəbini xaricdə də məşhurlaşdırmışdır.

2010-cu illərdən etibarən "Fruits" kimi jurnalların nəşrinin dayanması və küçə dəbinə olan marağın azalmasına görə lolita dəbi populyarlığını itirməkdədir.

Populyarlıq Mana və Novala Takemoto kimi şəxslər lolita dəbini populyarlaşdırmışdılar. Novala 2002-ci ildə "Kamikaze qızları" adlı roman yazmışdır. Roman Momoko adlı lolita qızın məhəbbətindən bəhs edir. Roman əsasında film və 2004-cü ildə manqa istehsal olunmuşdur. Mana isə qotik lolita üslubunu populyarlaşdırmışdır. "Malice Mizer" rok qrupunun musiqiçisi olan Mana 2002-ci ildə "Moi Dix Mois" qrupunu da qurmuşdur. Hər iki qrup da lolita dəbinin populyarlaşmasına töhfələr vermişdir. 1999-cu ildə isə qotik lolita dəbində olan geyimlər istehsal edən "Moi-même-Moitié" brendini qurmuşdur.

Yaponiya hökuməti də lolita dəbini yaymağa çalışmışdır. Yaponiyanın Xarici İşlər Nazirliyi 2009-cu ilin fevralında müxtəlif şəxslərə "kavaii səfir" titulu verərək yapon populyar mədəniyyətini yaymaq istəmişdir. Belə səfirlərdən biri olan Misako Aoki lolita dəbini təmsil etmişdir. Lolita dəbini populyarlaşdırmaq üçün Haracukuda beynəlxalq gəzintilər keçirilmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Yaponiya Lolita Assosiasiyası

Kateqoriya:Yaponiyada dəb Kateqoriya:Dəb estetikaları Kateqoriya:Yaponiya submədəniyyətləri Kateqoriya:Qot sub-mədəniyyəti