Ogüst Monferran () və ya Avqust Avqustoviç Monferran () Fransa mənşəli Rusiya memarı, dekarator və rəsm ustası.
Həyatı Ogüst Monferran 24 yanvar 1786-cı ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1816-cı ildən Rusiyanın Peterburq şəhərində (indiki Sankt-Peterburq) işləmişdir. Rusiyada klassisizmdən eklektizmə keçid dövrü Monferranın yaradıcılığında öz əksini tapmışdır. O, 10 iyul 1858-ci ildə Rusiyanın Peterburq şəhərində vəfat etmişdir.
Əsas işləri Peterburqda İsaaki kilsəsi, Aleksandr sütunu, Qış sarayının Feldmarşal və Pyotr zallarının bəzək işləri, Dairəvi zalın inşası, Qaqarinanın evinin yennidən tikintisi və s.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Монферран Огюст / Портал «Культура России» ОГЮСТ МОНФЕРРАН (1786—1858) Огюст Монферран Сайт, посвящённый творчеству Огюста Монферрана
Kateqoriya:Fransa memarları Kateqoriya:Ogüst Monferranın tikililəri