Çeçenistan əhalisi — Çeçenistan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri. Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2021-ci ildə respublikanın əhalisi 1.497.992 nəfərdir.Оценка численности постоянного населения на 1 января 2021 года и в среднем за 2020 год. Росстат. Дата обращения: 19 марта 2021. Əhalinin sıxlığı 92,63 nəfər/km2 -dir (2021). Şəhər əhalisi: 36,41% (2020).Оценка численности постоянного населения на 1 января 2020 года и в среднем за 2019 год . Росстат. Дата обращения: 13 марта 2020.
Ən böyük şəhərləri: Qroznı, Qudermes, Malqobek, Nazran, Arqun.
Cinsi tərkib Kişi və qadın nisbəti (Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatı) İl200510532010103820111036201210352013103520141034201510312016103120171030
Etnik tərkib Çeçenistan Respublikasında yeganə üstünlük təşkil edən etnik qrup çeçenlərdir (1.031.647 nəfər; 2002-ci ildə bütün əhalinin 93,5%-i). Onlar respublikanın bütün bölgələrində mütləq əksəriyyəti təşkil edirlər.
Respublikada ikinci ən böyük etnik qrup ruslardır (24.382 nəfər; bütün əhalinin 1,92%-i).Всероссийская перепись населения 2010 года. Официальные итоги с расширенными перечнями по национальному составу населения и по регионам. : см. Onlar əsasən Qroznı şəhərində (5,295 nəfər; bütün əhalinin 2,5%-i), həmçinin Naurski (6,538 nəfər; bütün əhalinin 12,8%-i) və Şelkov (3,992 nəfər; bütün əhalinin 7,9%-i) rayonlarında məskunlaşmışdır. SSRİ-nin 1989-cu il Ümumittifaq Əhali Siyahıyaalınmasına əsasən, ovaxtkı Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında yaşayan rusların sayı 269.130 nəfər idi, respublika əhalisinin 24,8%-ni təşkil edirdilər. Demək olar ki, respublikanın bütün rus əhalisi 1990-cı illərdə Birinci Çeçenistan müharibəsi nəticəsində qovulmuşdur.
Qumuqlar Çeçenistanda üçüncü ən böyük etnik qrupdur. Ölkədə yaşayan 8,883 qumuq var və onlar bütün əhalinin 0,8% ni təşkil edir. Tarixən qumuqlar Qudermes (3.564 nəfər; bütün əhalinin 5,0%-i), Qroznı (2.745 nəfər; bütün əhalinin 2,2%-i) və Şelkov (1.702 nəfər; bütün əhalinin 3,4%-i) bölgələrində məskunlaşmışdır.
Avarlar (4.133 nəfər; bütün əhalinin 0,4%-i) Şaroy (1.436 nəfər) və Şelkov (1.538 nəfər; bütün əhalinin 3,1%-i) rayonlarında yaşayır.
Noqaylar (3,572 nəfər; bütün əhalinin 0,3%-i) əsasən Şelkov rayonunda yaşayır (3.504 nəfər; bütün əhalinin 7,0%-i).
Etnik çərçivədə çeçenlərə yaxın olan inquşlar (2.914 nəfər; bütün əhalinin 0,3%-i) Qroznıda kiçik bir icmanı təşkil edir (2.129 nəfər; bütün əhalinin 1,0%-i).
Qalan etnik qrupların dəqiq məskunlaşma arealı yoxdur və respublika əhalinin 1%-dən azını təşkil edir.
Əhalinin siyahıya alınmalarına görə Çeçenistan əhalisinin etnik tərkibinin dinamikası: Milliyət195919701979198920022010nəf.% nəf. % nəf. % nəf. % nəf. % nəf. %Çeçenlər 238 331 39,7 499 962 54,7 602 223 60,1 715 306 66,0 1 031 647 93,47 1 206 551 95,08Ruslar 296 794 49,4 329 701 36,1 309 079 30,8 269 130 24,8 40 664 3,68 24 382 1,92Qumuqlar 6865 0,8 7808 0,8 9591 0,9 8883 0,80 12 221 0,96Avarlar 4196 0,5 4793 0,5 6035 0,6 4133 0,37 4864 0,38Noqaylar 5503 0,6 6079 0,6 6885 0,6 3572 0,32 3444 0,27Tabasaranlılar 128 0,01 1656 0,13Türklər 1662 0,15 1484 0,12Tatarlar 2134 0,19 1466 0,12İnquşlar 3639 0,6 14 543 1,6 20 855 2,1 25 136 2,3 2914 0,26 1296 0,10Ləzgilər 196 0,02 1261 0,10Qazaxlar 470 0,04 926 0,07Dargilər 696 0,06 701 0,06Azərbaycanlılar 226 0,02 696 0,05Osetinlər 230 0,02 585 0,05Kabardalılar 133 0,01 534 0,04Ermənilər 12 136 2,0 13 948 1,5 14 438 1,4 14 666 1,4 424 0,04 514 0,04Ukraynalılar 11 947 2,0 11 608 1,3 11 334 1,1 11 884 1,1 829 0,1 415 0,04Kistlər 136 0,01digərləri 28 057 3,1 25 621 2,6 25 800 2,4 4795 0,43 3757 0,30cavabsız 779 0,07 2515 0,20ümumi 600 397 914 383 1 002 230 1 084 433 1 103 686 1 268 989
İstinadlar
Kateqoriya:Rusiya əhalisi Kateqoriya:Çeçenistan