Çuxur () — David Appelbaum tərəfindən yaradılan, Keshet Studios və Universal Television tərəfindən istehsal edilən Amerika dram-fantastika serialıdır. Premyerası 28 sentyabr 2021-ci ildə NBC-də baş tutmuşdur.name="SeriesOrder"name="SeriesPremiere"/

Mövzu Los Ancelesin ortasında La Brea Tar Pits və Wilshire Bulvarının yerində böyük bir çuxur açıldıqda, yüzlərlə insan və bina (fərqli Petersen Avtomobil Muzeyi də daxil olmaqla) onun dərinliklərinə çəkilir. Sağ qalanlar, yaşamaq üçün bir araya gəlməli olduqları sirli və təhlükəli bir ibtidai diyarda qapalı qalırlar. Serial, hadisələrlə ayrılan və bir araya gəlməyə çalışan bir ailəni (ata, ana, oğul və qızı) hədəf alıb. Atanın, arvadının və oğlunun nə vaxt və harada olduğunu anlayan öncəgörmələri var. Çuxur və Teratornisin qəfil görünməsi, Mojave Səhrasında oxşar bir hadisəni araşdıran Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Departamentinin diqqətini çəkdmışdir.

Rollarda və personajlar

Əsas

Natalie Zea - İv Harris / çuxura düşən bir vertolyot anasıdır İon Maken - Qavin Harris / İvin ayrılmış əri və keçmiş bir hərbi pilot, tarixdən əvvəlki bir ərazi görən. Çayk Okonvo -Tay Koleman / Eve ilə dost olan terapevt Karina Loqu - Marybeth Hill /Los Angelesdə Baton Rouge'dan polis məmuru . Zira Qorecki - İzzy Harris / İvin və Gavinin qonşusu tərəfindən evə aparılanda avtomobil qəzasında sol ayağını itirən yeniyetmə qızı Cek Martin - Coş Harris / çuxura düşən İvin yeniyetmə oğlu Veronika Kleir - Rayli Velez / Dr. Coşun dostu Sam Velezin qızı Rohan Mirçandani - Skott Israni / George C. Səhifə Muzeyində işləyən Avstraliyalı antropologiya aspirantı narkotik istifadəçisi olduğu üçün həmişə kefdədir Lili Santiaqo - Veronika Kastillo / Lillinin çox dindar baısı. Atasının canavar tərəfindən öldürülməsi ona pis təsir edib Kloe De Los Santos - Lilli Kastillo / Danışa bilmədiyini iddia edən Veronikanın kiçik bacısı Con Seda - Dr. Sam Velez / Rileyin atası, həkimi və keçmiş SEAL Coş Makkine - Lukas Hayes / Marybethin eroin alverçisi olan ayrılmış oğlu Nikolas Gonzalez - Levi Delqado

Təkrarlanan Ayon Skay - Cessika Harris / Gavinin bacısı İstehsal İnkişaf 15 yanvar 2020-ci ildə NBC serialın pilot lahiyəsini sifariş etdi. Pilot serianın rejisoru Tor Freudental ssenaristi isə Devid Appelbaum idi. Appelbaumun həmçinin Avi Nir, Alon Ştruzman, Piter Trauqott, Ken Vudruff və Reyçl Kaplan ilə bərabər seriyaya podüselik edəcəyi gözlənilirdi. Keshet Studios və Universal Television lahiyəyə istehsalçı şirkətlər kimi qatıldı. 12 yanvar 2021-ci ildə NBC şikətə tam serial sifarişini verdi. Serial Devid Appelbaum tərəfindən yaradıldı. Kastinq 2020-ci ilin fevral ayında maykl Raymond-Ceyms, Karina Loqu, Zira Goreki, Kaleb Ruminer, Anqel Parker, Ketrin Dent, Veronika St. Kleir, Caq Bal və Çiki Okonko serialların təkrarlanaları, Natali Zea isə baş rola təsdiqləndi. 2020-ci ilin mart ayında Con Seda və Rita Anqel Taylor əsas heyətə qatıldı. 4 Mart 2021-ci Eoin Maken və Cek Martin, Raymond-Ceyms və Rumineri əvəzlədi və Lili Santyaqo əsas heyətə qatıldı. Bundan əlavə, ailənin soyadı Harris olaraq dəyişdirildi. 22 Mart 2021 -ci ildə Nikolas Qonzalez və Rohan Mirçandaney seriala təkrarlanan aktyor heyətinə qatıldı. 2021-ci ilin aprelində Coş Makkenzinin rolu təsdiqləndi. Bundan əlavə ion Skay təkrarlanan rola, Klo De Los Santos isə Taylorun yerinə seçildi. Çəkiliş thumb|right|299px|Avstraliyanın Melburn şəhəri serialda Los Anceles kimi qələmə verilib. Serialın çəkilişlərinə 2021-ci ilin 3 may tarixində Avstraliyanın Melburn şəhərində başlandı. Əsas foto-çəkilişləri Viktoriyada baş tutdu. İlk mövsümün çəkilişləri sentyabrda tamamlandı. Ağır effektləri olan serialın çəkilişlərinə Avstraliyada 71 milyon dollar sərf olundu və onun təkcə 60 milyonu Viktoriya çəkilişlərinə xərcləndi. Bu Stiven Spielberqin 2009-cu ildə Viktoriyada çəkmiş olduğu HBO serialı olan Sakit Okean-dan da bahal olmaqla Viktoriyada ən bahalı serialdır.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Ailələr haqqında teleseriallar Kateqoriya:Universal Television teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Los-Anceles haqqında teleseriallar