Valeri Abisaloviç Gergiyev (; ) — SSRİ və Rusiya dirijoru. 1988-ci ildən Mariinski Teatrının bədii rəhbəri və baş direktoru, Münhen Filarmoniyası Orkestrinin baş dirijoru, 2007–2015-ci illərdə London Simfonik Orkestrinə rəhbəri. Sankt-Peterburq Dövlət Universitetinin İncəsənət Fakültəsinin dekanı, Ümumrusiya Xor Cəmiyyətinin sədri.

Rusiya Federasiyasının Əmək Qəhrəmanı (2013), Rusiya Federasiyasının Xalq artisti (1996), Ukraynanın xalq artisti (2004), Qazaxıstanın Əməkdar Xadimi (2011), Üç dəfə Rusiya Federasiyası Dövlət Mükafatı (1993, 1998, 2016), Rusiya Federasiyası Prezidentinin mükafatı (2002), Rusiya Federasiyası Hökuməti Mükafatı (2015) laureatı. Sankt-Peterburqda Lüksemburqun fəxri konsulu və Mordoviya Respublikasının xalq artisti.

Həyatı Valeri Gergiyev 2 may 1953-cü ildə Moskvada osetin ailəsində anadan olub. Atası — Abisal Zaurbekoviç Gergiyev, anası — Tamara Timofeyevna Laqkuyevadır. Ailədə ondan başqa iki qız Larisa və Svetlana da böyüyürdü. Şimali Osetiyanın Ordjonikidze şəhərində (indiki Vladiqafqaz) böyümüşdür. O, burada musiqi məktəbində, fortepiano və dirijorluq təhsili almışdır.

1972-ci ildə Leninqrad Konservatoriyasına İlya Musinin dirijorluq sinfinə daxil olmuşdur. Hələ tələbə ikən, 1976-cı ildə Berlində nüfuzlu Herbert von Karajan Dirijorluq Müsabiqəsinin qalibi olub. Həmin il Valeri Gergiyev Moskvada Ümumittifaq Dirijorlar Müsabiqəsinin birinciliyini də qazanmışdır. 250px|thumb|left|Vladimir Putin və Valeri Gergiyev 1977-ci ildə konservatoriyanı bitirdikdən sonra, Gergiev Kirov Teatrına baş dirijorun köməkçisi olaraq qəbul edildi (bu vəzifəni Yuri Temirkanov tuturdu) və artıq 1978-ci ildə Prokofyevin "Müharibə və Sülh" operasına dirijorluq etmişdir. 1981-ci ildən 1985-ci ilə qədər Gergiev Ermənistan Dövlət Simfonik Orkestrinə rəhbərlik etmişdir və 1988-ci ildə Temirkanov Leninqrad Filarmonik Orkestrinə getdikdən sonra Kirov Teatrının baş dirijoru oldu. Yeni vəzifəsində ilk mövsümündə Gergiev M. P. Mussorgskinin operalarına həsr olunmuş festival keçirdi. Sonradan, Gergievin rəhbərliyi altında tematik festivallar ənənə halını aldı: məsələn, 1990-cı ildə Çaykovski Festivalı, 1991-ci ildə — Prokofyev, 1994-cü ildə — Rimski-Korsakov (hər üçü də bəstəkarların yubileylərinə təsadüf etdi) keçirildi. Gergievin digər irimiqyaslı layihələri arasında, uzun fasilədən sonra 2003-cü ildə Rusiyada Rixard Vaqnerin "Nibelunqen üzüyü" tetralogiyasının ilk tamaşası da var. Maestro 2002-ci ildə "Moskva Pasxa Festivalı" təşkil etmiş və bədii rəhbər olmuşdur. 2001-ci ildə, Sainte-Genevieve-des-Bois Rus qəbiristanlığında Valeri Gergievin köməyi ilə, Osetiya əsilli Rus mühacir yazıçısı Gaito Gazdanovun məzarında bir abidə açılmışdır. 250px|thumb|right|Valeri Gergiyev Vladimir Putinin prezident seçkilərində etibarlı nümayəndəsi kimi. 1990-cı illərin əvvəllərindən dirijor tez-tez xaricdə çıxış edir. 1992-ci ildə Gergiyev Metropoliten-operasında Cüzeppe Verdinin "Otello"su ilə debüt etmiş, daha sonra orda bir neçə dəfə qonaq dirijor kimi çıxışları olub. 1995–2008-ci illərdə Rotterdam Filarmonik Orkestrinin qonaq Baş Dirijoru olub. 2007–2015 London Simfonik Orkestrinin baş dirijoru, 2015-ci ildə Münhen Filarmonik Orkestrinə rəhbərlik edib.

Sankt-Peterburq Dövlət Universitetinin İncəsənət Fakültəsinin dekanı, Ümumrusiya Xor Cəmiyyətinin sədri vəzifəsini tutmuşdur.

Mariinski Teatr Orkestri ilə birlikdə Vankuverdəki Qış Olimpiya Oyunlarının bağlanış mərasimində (2010), Soçidə 2014 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində iştirak etmişdir.

27 aprel 2010-cu ildə Gergiyev, Sankt-Peterburq Elmi Şurası tərəfindən Sankt-Peterburq Dövlət Universitetinin yeni İncəsənət Fakültəsinin dekanı seçildi.

Aleksandr Sokurovun "Rus gəmisi" filmində kiçik bir rol oynayıb.

15 fevral 2013-cü ildə Ümumrusiya Xor Cəmiyyətinin sədri seçilib.

"Rossiyskaya Gazeta"ya görə, Gergiyev dünyanın ən məşhur osetini adlandırmışdır.

2016-cı ilin may ayında Valeri Gergiyevin rəhbərlik etdiyi Mariinski Teatr Orkestri, Rusiya ordusunun dəstəyi ilə Suriya hökuməti ordusu tərəfindən azad edilən Suriya Palmirasının amfiteatrında konsert verdi. Konsert, Palmiranın İŞİD silahlıları tərəfindən edam edilən abidənin baxıcısı Xalid Asadın və Palmiranın İŞİD-dən azad edilməsi zamanı ölən Rusiya zabiti və Rusiya Federasiyasının qəhrəmanı Aleksandr Proxorenkonun xatirəsinə həsr olunmuşdu.Путин по видеосвязи пообщался с участниками концерта в Пальмире lenta.ru

Dirijorun geniş diskoqrafiyasına opera tamaşaları, simfonik və konsert parçaları daxildir.

Maliyyə vəziyyəti "Forbes" jurnalına görə, o, müvafiq olaraq 2-ci və 3-cü yerləri tutan Qriqori Leps və Stas Mixaylovu üstələyərək 2012-ci ildə (16,5 milyon dollar) ən maliyyə baxımından ən uğurlu rus musiqiçisi olub. 2014 və 2015-ci illərdə Rusiyanın ən varlı mədəniyyət xadimi idi.

Hind quşu əti istehsalçısı "Eurodon"da 15%-lik payına sahibdir, 2014-cü ildə gəliri 4,75 milyard rubl, xalis mənfəəti isə 333 milyon rubl təşkil edir. 2003-cü ildə şirkətin qurucusu və həmyerlisi Vadim Vaneyevə maliyyə qurumu sonradan istehsal yaratmaq üçün kredit verən VTB Bankının idarə heyətinin sədri Andrey Kostinlə görüşməsinə kömək edib. Vaneyevin özü, Gergiyevə hədiyyə olaraq şirkətdən pay verdiyini bildirmişdir, lakin musiqiçi bu iddiaları təkzib etmişdir.Екатерина Бурлакова. Подразделение "Альфа-Групп" купило 40 % крупнейшего производителя индейки "РБК", 02.02.2016

İctimai baxışları 230px|thumb|left|21 avqust 2008-ci ildə Tsxinvalidə, şəhərin mərkəzində Valeri Gergiyev Mariinski Teatr Orkestri ilə verdiyi konsert 21 avqust 2008-ci ildə Tsxinvalidə, şəhərin mərkəzində tamamilə dolu bir meydanda, Valeri Gergiyev Mariinski Teatr Orkestri ilə müharibədə dinc əhali arasında qurbanların xatirəsinə konsert vermişdir. Konsertdən əvvəl rus və ingilis dillərində qısa bir çıxış etdi, burada vəziyyətin faciəsini təsvir etdi və dünyanın müharibə haqqında bütün həqiqəti bilmədiyinə görə təəssüfləndi:

6 fevral 2012-ci ildə Rusiya Federasiyası Prezidentliyinə namizədin və hazırkı Baş nazir Vladimir Putinin etibarlı nümayəndəsi olaraq rəsmi qeydiyyata alındı.

11 mart 2014-cü ildə Rusiya Federasiyasının mədəniyyət xadimlərinin Rusiyanın və Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı xarici siyasətini dəstəkləmək üçün etdiyi müraciətə imza atdı.Деятели культуры России — в поддержку позиции Президента по Украине и Крыму // Официальный сайт Министерства культуры Российской Федерации Gergiyev bu müraciəti imzaladıqdan sonra, Münhen şəhər rəhbərliyinə və Münhen Filarmonik Orkestri rəhbərliyinə dirijora 2015-ci ildən başlayaraq Filarmonik Orkestrinə rəhbərlik etmə şansının verilməsinin qanuniliyi ilə bağlı müraciətlər edildi. 13 noyabr 2017-ci ildə Vaşinqtonda, Vaşinqton Katedralindəki Rusiya Səfirliyi tərəfindən təşkil edilən "Birlik Üçün" konsertində iştirak etmək üçün (onun və başqa bir imza atan Denis Matsuevin iştirakı yerli fəalların etirazı ilə qarşılandı) gedəndə "Amerikanın səsi" müxbirinə imza atmadığını söyləmişdir,Гергиев: Я не подписывал письмо в поддержку аннексии , Голос Америки, 13.11.2017 baxmayaraq ki, imzası (nömrə 97) hələ də Mədəniyyət Nazirliyinin saytında nəşr olunan məktubun altında qalır. , :ru:Письмо в поддержку..., 11.03.2014

Rusiya Federasiyası İstintaq Komitəsi yanında İctimai Şuranın üzvüdür.

2018-ci il prezident seçkiləri zamanı Vladimir Putinin etibarlı nümayəndəsi olub.Кто ещё будет агитировать за Владимира Путина — фото :ru:Ведомости, 22.01.2018

2018-ci ildən — Rusiya Federasiyası Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvüdür.

Hobbisi Futbol azarkeşidir. Rus futbol klubları arasında Sankt-Peterburq "Zenit"ini və Vladiqafqaz "Alaniya"sını dəstəkləyir.

Yaradıcılığı 250px|thumb|right|1 may 2013-cü il tarixində "Rusiya Federasiyasının Əmək Qəhrəmanı" titulunun verilməsi mərasimində Musiqi fəaliyyəti ərzində Bela Bartok, Aleksandr Borodin, Yohans Brams, Rixard Vaqner, Cuzeppe Verdi, Klod Debüssi, Qaetano Donizetti, Qustav Maler (bütün simfoniyalarını) Modest Musorqski ("Salammbo" və "Evlənmə" istisna olmaqla bütün operalarını"Сорочинская ярмарка" под управлением Гергиева была записана ещё в 1980-е гг., но до сих пор не издана ни на CD, ни на DVD.), Sergey Prokofyev (bütün simfoniyalarını, bütün fortopiano və skripka konsertlərini və bir neçə operalarını"Повесть о настоящем человеке" под управлением Гергиева была записана (со значительными купюрами) ещё в 2002 г., но до сих пор не издана ни на CD, ни на DVD.) Moris Ravel, Sergey Raxmaninov, Nikolay Rimski-Korsakov, İqor Stravinski, Pyotr Çaykovski, Dmitri Şostakoviç (bütün konsertlər, bütün simfoniyalar, "Burun" operası), Rodion Şedrin (bir çox simfonik əsərlər və operalar, bəzilərinin premyerası) kimi bəstəkarların əsərləri Gergiyevin rəhbərliyi altında səsləndirilib.

Ailəsi Atası — Abisal Zaurbekoviç Gergiyev Anası — Tamara Timofeyevna Lakuti (13.08.2019, vəfat edib) Bacıları: Larisa Abisalovna Gergiyeva, Rusiya və Ukraynanın xalq artisti Svetlana Abisalovna Gergiyeva 1999-cu ildən həyat yoldaşı — Natalia Dzebisova Uşaqlar — oğulları Abisal (d.2000) və Valeri (d.2001), qızı Tamara (d.2003). Gergievin filoloq Elena Ostoviçdən doğulan qeyri-qanuni qızı Natalya (1985-ci il təvəllüdlü) də var.Valery Gergiev: Demon king of the pit  — The Guardian, 18.09.1999.

Mükafatları Rusiya Federasiyasının Əmək Qəhrəmanı (1 may 2013) — Dövlətə və xalqa xüsusi əmək xidmətlərinə görə; Dostluq ordeni (12 aprel 2000) — dövlətə xidmətlərinə, mədəniyyət və incəsənət sahəsində uzun illər səmərəli fəaliyyətinə, xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfəyə görə;Указ Президента Российской Федерации от 12 апреля 2000 года № 672 III dərəcəli Vətənə xidmətə görə orden (24 aprel 2003) — musiqi mədəniyyətinə verdiyi böyük töhfəyə görə;Указ Президента Российской Федерации от 24 апреля 2003 года № 466 "Sankt-Peterburqun 300-cü ildönümünün xatirəsinə" medalı (2003); IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (2 may 2008) — yerli və dünya musiqi və teatr sənətinin inkişafına verdiyi böyük töhfəyə, uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə; "Aleksandr Nevski" ordeni (4 iyul 2016) — sülh və xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfə verən humanitar xarici siyasət aksiyalarının hazırlanmasında və keçirilməsində xüsusi xidmətlərinə görə.

Haqqında sənədli film və verilişlər "Mariinski Teatrı və Valeri Gergiyev" ("Первый канал", 2013) "Solomon Volkov: Valeri Gergiyev ilə dialoq" ("Первый канал", 2018) "Valeri Gergiyev. "Dünya səviyyəli bir sənətçi"" ("Мир", 2018)

İstinadlar

Xarici keçidlər Официальный сайт Валерия Гергиева Гергиев Валерий Абисалович :: Osetini.com — Знаменитости

Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Rusiya dirijorları Kateqoriya:Başqırdıstanın xalq artistləri Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri Kateqoriya:Osetinlər Kateqoriya:Moskva Dövlət Universitetinin fəxri doktorları