Kuba-Taba () — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyniadlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir.
Coğrafiyası Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir.
Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Etimologiyası Kuba-Taba sözünün kabardin dilindən tərcüməsi — "çoxlu quru dərə", къуэ — "dərə" və бэ — "çoxlu". Ehtimal olunur ki, massivi ərazidə olan çoxlu quru və ya müvəqqəti dərələrin olmasına görə belə adlandırıblar.
Digər versiyaya görə dağın adı kabardin və ərəb sözlərinin birləşməsindən yaranıb — къуба́, tərcümədə "günbəz" mənasını verir. Məhs dağ massivinin forması məscid günbəzini xatırladır deyə belə adlandırılıb.
1924-cü ildə dağ massivinin cənub-şərqində, dağ ətəyində yeni salınmış kənd Kuba-Taba adlandırılmışdır. Məhs yeni kəndin ilk sakinləri Kuba kəndindən olan iyirmi ailə olmuşdur. Onlar özü doğma kəndlərinin və Taba dağının şərəfinə yeni yaşayış yerini Kuba-Taba adlandırmışdılar. Əhalisi 3000 nəfər olan kəndin 95 %-i kabardinlərdi.
Dolu əleyhinə heyət Dağ zirvəsində Kuba-Tabin dolu əleyhinə heyət fəaliyyət göstərir. Heyət Şimali Qafqazda meteoroloji və digər geofiziki proseslərə aktiv təsir göstərmək üçün hərbi xidmət göstərir. Dolu əleyhinə heyət ilk dəfə 1964-cü ildə yaradılmışdır. 1973-cü ildə isə bu ərazidə ilk dəfə olaraq xüsusi RLS MRL-5 təcrübədən keçirilmişdir. Xidmətin nəzarət etdiyi ümumi sahə 794 min hektardır. Onun 621 min hektarı kənd təsərrüfatı sahəsidir.
İstinadlar Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər