Abbasqulu ( ) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Şəki xanlığı