Filipp Qavriloviç Qoqiçaişvili (; ) — Gürcü və sovet iqtisadçısı, ictimai xadim, publisist və müəllim, professor (1918), iqtisad elmləri doktoru (1935), Gürcüstan SSR əməkdar elm xadimi. Həyatı Filipp Qoqiçaişvili ilk təhsilini 1880-1887-ci illərdə Kutaisi seminariyasında təhsil almışdır. Sonradan təhsilini Tbilisidə davam etdirmişdir. O, 1894-cü ildə 2-ci Tbilisi gimnaziyasından məzun olmuşdur. Qoqiçaişvili 1899-cu ildə Moskva Universitetinin tibb fakültəsini bitirmışdir.
Universiteti bitirdikdən sonra F.Qoqiçaişvili 1900-cü ildən Kutaisi quberniyasının Qori şəhəri yaxınlığına yerləşən Didi Jixaişi kəndində həkim işləmişdir.
Lakin bir ildən sonra o, yenidən təhsil almaq üçün Avropaya yollanmışdır. 1901-ci ildə Leypsiq Universitetinin fəlsəfə fakültəsinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Filipp Qoqiçaişvili gənclik yaşlarından aktiv siyasətlə məşğul olmuş və menşevik-avtonomist (Mesame-dasi partiyasının üzvü) hərəkatının üzvü olmuşdur. O, Gürcüstanda Savadsızlığın ləğvi cəmiyyətinin idarə heyətinin üzvü də seçilmişdir. Qoqiçaşvili publisistika ilə də məşğul olmuş, dövrü mətbuatda daim çap edilmişdir. O, 1905-ci ildə “Səyyah” jurnalı ilə əməkdaşlıq etmiş və "İveria" qəzetinin sonuncu baş redaktoru olmuşdur.
F.Qoqiçaişvili 1906-cı ildə Kutaisi quberniyasının Dövlət Dumasına deputat seçilib. 1907-ci ildə o, Tiflisə köçür. 1910-cu ildə siyasi fəaliyyətinə görə həbs edilir və bir il həbsdə yatır.
O, Gürcüstan Müəssislər Məclisinin, Parlamentin və Menşevik Şurasının üzvü idi. 1917-1918-ci illərdə Kaxeti dəmiryolunun idarə heyətinin sədri vəzifəsində çalışıb.
Filipp Qoqiçaişvili 1918-ci ildə Tbilisi Universitetinin qurucularından biri olmuşdur.
26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayanlar sırasında o da var idi..
1919-1920-ci illərdə Filipp Qoqiçaişvili Gürcüstan menşevik hökumətinin dövlət nəzarətçisi (naziri) vəzifəsini tutmuşdur. 1920-1930-cu illərdə Gürcüstan SSR Dövlət Plan Komitəsində işləyib.
Gürcüstan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəşrinin redaksiya heyətinin üzvü (1946-1950) olub.
Elmi maraqları Karl Marks və Fridrix Engels (Kapital, 1-3 cildlər), Adam Smit, David Rikardo, Vilyam Petti və başqalarının əsərlərinin ilkin mənbələrdən gürcü dilinə tərcüməsində iştirak etmişdir. Qoqiçaişvilinin ədəbi irsi 20 cilddir.
İstinadlar
Xarici keçidlər Экономическая энциклопедия. Гогичаишвили გოგიჩაიშვილი ფილიპე (1872—1950) ფილიპე გოგიჩაიშვილი Kateqoriya:SSRİ iqtisadçıları