Məşidət Hacıyevna Qairbəyova () — Sovet və Rus Avar şairəsi, Dağıstan xalq şairəsi (1969), nasir, dramaturq və ictimai xadim.
Məşidət Qairbəyova, Dağıstan və rus ədəbiyyatının inkişafına önəmli töhfələr verib. Həyatı Məşidət Qairbəyova, erkən yaşlarından şeir yazmağa başlamışdı. Məşidə artıq məktəb illərində əsl şair hesab olunurdu. Məşidət avar və rus dillərində yazırdı. Məşidət xanım Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Onun əsərləri 1948-ci ildən nəşr olunur. Onun “Dağ qadınının sözü” (1952, rus dilinə tərcümə, 1955) və “Zirvəyə gedən yol” (1958, rus dilinə tərcümə, 1960) şeirləri toplularında Dağıstanın həyatındakı sosialist dəyişiklikləri ətraflı şəkildə təsvir edilmişdir. Odlu sətirlərini Məşidət xanım dünyanı qorumaq mövzusuna həsr etmişdir. Məşidət xanım “Uzaq bacı” (1954), “Yarımçıq məktub” (1955), “Gəlinin ağ yaylığı” (1965), “Cinayətə görə cəza” (1967), “Qırmızı partizan qızı” (1968) şeirlərinin müəllifi. ), "Xoşbəxtlik uğrunda mübarizə" (1958) pyeslərinində müəllifidir. Dostları və onun poeziyasının pərəstişkarları Məşidəti Qairbəyovanı heç vaxt taleyin ağırlığı altında əyilməyən, ikiüzlülük və boşboğazlığa dözməyən, həmişə qadının şərəf və ləyaqət kodeksinə əməl edən qadın kimi səciyyələndirmişlər. Məşidət Qairbəyova bütün həyatı boyu əsl dağ qadını və uzdenizm prinsiplərinə sadiq qalmışdır. Ömrünün son illərində Məşidət Qayırbəyova tarixi mövzulara da müraciət etmişdir. O,İmam Şamilin şəxsiyyətləri, naibləri və müridləri ilə çox maraqlanıb. Fəaliyyəti 1969-1975-ci illərdə Məşidət Hacıyevna Q.Tsadasa adına Avar Musiqili Dram Teatrının rəhbəri olub.
Məşidət Hacıyevna SSRİ Yazıçılar İttifaqının üzvü idi.
Məşidət Hacıyevna 22 noyabr 2015-ci ildə 88 yaşında dünyasını dəyişib. Əsərləri 1952 "Dağlı qadınının sözü" 1959 "Zirvəyə gedən yolda" 1954 "Uzaq bacı" 1955 "Yarımçıq məktub" 1965 "Gəlinin ağ şalı" 1967 "Cinayətə görə cəza" 1968 "Qırmızı partizanın qızı" Mükafatları Məşidət xanım 2 ordenlə təltif olunub. O, Süleyman Stalski adına Respublika mükafatı laureatı, "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin sahibi olmuşdur. İstinadlar
Xarici keçidlər Гаирбекова, Машидат Гаджиевна - Слово горянки
Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Avar şairlər Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:XX əsr yazıçıları