Artur Borisoviç Taymazov (, , ; ) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini. 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi.

2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010).

Həyatı 20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur. Daha sonra onun məşqçisi üç dəfə dünyanın ən yaxşı məşqçisi olmuş Kazbek Maqometoviç Dedeqkayev oldu. Arturun böyük qardaşı Timur Taymazov Ukrayna millisinin heyətində ağır atletika üzrə 1996-cı il Olimpiya çempionu və ikiqat dünya çempionudur.

2004-cü ildə K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetini bitirmişdir, 2009-cu ildə isə Dağ Dövlət Aqrar Universitetini.

Dopinq 2017-ci il aprelin 5-də Beynəlxalq Olimpiya Komitəsi onun onun nümunələrində turinabol və stanozolol kimi dopinqləri aşkar etdikdən sonra, Taymazov 2008-ci il Olimpiya Oyunlarında Özbəkistanı təmsil edərək qazandığı qızıl medaldan məhrum edildi.

23 iyul 2019-cu ildə BOK məlumat yaydı ki, dopinq testlərinin təkrar yoxlanılması nəticəsində Artur Taymazovun 2012-ci il Olimpiya Oyunlarında 120 kq-ya qədər çəki dərəcəsində sərbəst güləş üzrə qazandığı qızıl medalı ləğv olunur. Oyunlarda Özbəkistan millisini təmsil edən Taymazovun dopinq testində yeni üsullarla qadağan olunmuş turinabol maddəsi aşkar edilmişdir.

Beləliklə, Artur Taymazov tarixdə iki Olimpiya qızıl medalından məhrum edilmiş ilk güləşçi oldu.

Siyasi karyerası 2016-cı ilin aprelində Artur Taymazov yeddinci çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilər öncəsi "Vahid Rusiya"nın partiyadaxili səsverməsində iştirak etmək üçün müraciət etdi. 22 may 2016-cı ildə keçirilən ilkin səsvermə zamanı Artur Taymazov 46.752 səs topladı.

2016-cı il iyunun 26-da "Vahid Rusiya" partiyasının 15-ci qurultayı 25 saylı Şimali Osetiya birmandatlı seçki dairəsi üzrə VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə Artur Taymazovun namizədliyini təsdiqlədi.

Daha sonra üçqat (o dövrdə) Olimpiya çempionu, Vahid Rusiya Partiyasının üzvü Artur Taymazov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdü və 3 avqust 2016-cı ildə namizədlik vəsiqəsini aldı.

Qanunyazma fəaliyyəti 2016–2019-cu illərdə VII çağırış Dövlət Dumasının deputatı səlahiyyətləri dövründə 10 qanunvericilik təşəbbüsünün və federal qanun layihələrinə düzəlişlərin həmmüəllifi olmuşdur.

Mükafatları Olimpiya çempionu 2004 2000-ci il Sidney Olimpiya Oyunlarının gümüş mükafatçısı; İkiqat dünya çempionu (2003, 2006); Üçqat dünya çempionatı mükafatçısı (Gümüş — 2001, 2010; Bürünc— 2007); İkiqat Asiya çempionu (2000, 2011); Asiya Oyunlarının üçqat qalibi (2002, 2006, 2010).

İstinadlar

Kateqoriya:Özbəkistan güləşçiləri Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Özbəkistan idmançıları Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləşdə dopinq halları Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:2002 Asiya Oyunları medalçıları Kateqoriya:2006 Asiya Oyunları medalçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları