thumb|250px|1968-ci ilin SSRİ poçtu: "26 Bakı komissarının güllələnməsi" qorelyefi (Sergei Dmitrieviç Merkurov)

Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir.

Komissarların siyahısı Baqdasar Avakyan — Bakı şəhərinin komendantı. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü. Eyjen Berq — matros. Anatoli Boqdanov — xidmətçi. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü. Armenak Boryan — jurnalist. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı. İvan Qabışev — briqada komissarı. Prokofi Caparidze — Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri, Yakov Zevin — əmək üzrə xalq komissarı. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü. Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı. Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini. İvan Malıqin — Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri. İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni. İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni. Suren Osepyan — "Bakı Sovetinin Xəbərləri" qəzetinin redaktoru. Qriqori Petrov — Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar. Fyodr Solntsev — hərbi işçi. İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri. Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.

İstinadlar

Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:SSRİ tarixi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Leninizm Kateqoriya:1918-ci ildə yaranmış dövlətlər və ərazilər