Valerik (; bəzi mənbələrdə ВайрикКузнецов Н. И. Валерик или Вайрик // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur.

Etimologiyası Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir. Dil qanunlarına əsasən sonra söz tədricən — Valeriq, Valerq — formasına düşmüşdür. Başqa bir versiyaya görə isə — çay vaynaxlar və iran dilli xalqlar arasında sərhəd rolunu oynamışdır. Çöldə yaşayan bu xalqlar arasında tez-tez qanlı müharibələr baş vermişdir. Sonrakı zamanlar çayın belə adlanmasına səbəb olmuşdur.

Etimologiyada həmçinin fikir var ki, çayın adı çeçen sözü — Vallarıkdan meydana gəlmişdir. Mənası kobudcasına kiməsə ölüm arzulamaq deməkdir: "İt kimi öl!".Феликс Просужих. Следы ведут… // "Ставрополье" : альманах. — С.: Ставропольское книжное издательство, 1963. — № 4. — С. 38–42.Bu ehtimal versiyası rus-çeçen müharibəsindən əvvəl çayın adı ilə göstərilir — Qoxa çayıстолистовая карта Российской империи 1816 года.

Ədəbiyyatda Valerik çay ətrafındakı döyüşü Mixail Lermontov özünün "Valerik" şeirində gözəl təsvir etmişdir. Lermontov çayda baş vermiş bəzi hadisələri həm də rəsm şəklində çəkmişdir. Böyük rus şairi çay ətrafındakı döyüşdə iştirak etmiş və qəhramanlığına görə 4-cü dərəcəli Müqəddəs Valadimir ordeninə layiq görülmüşdür. Lakin o, bu mükafatı ala bilmədi. Çünki şairə qarşı kəskin nifrətİ olan imperator I Nikolay sonda onun adını mükafatlandırılanların yekun siyahısından çıxartmışdır.

Yazıçı K. P. Beleviç (1825–1880) Tenqin alayında xidmət edən zaman "Valerikdə" şeirini yazmışdır.Д. А. Алексеев. Белевич Константин Павлович (1825–1880) с. 66 .

Su qeydiyyatı məlumatları Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, çay Qərbi Xəzər hövzəsi rayonuna, mənbəsindən Qroznı şəhərinə qədər olan Sunja çayının su təsərrüfatı sahəsinə aiddir. Çayın hövzəsi — Terek və Volqa çayları arasındakı Xəzər dənizi hövzəsinə daxildir.

İstinadlar Kateqoriya:Rusiya çayları