Alexander (Sandro) Vasilyeviç Axmeteli (;) — Sovet Gürcüstan teatr rejissoru, Gürcüstan SSR-nin xalq artisti (1933)Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 2. Ангола — Барзас. 1970. 632 стр., илл.: 47 л. илл. и карт.. 1937-ci il represiyalarının qurbanı.
Həyatı Aleksandr Axmeteli Gürcüstanın Anaqa kəndində keşiş ailəsində anadan olub.Театральная энциклопедия. Гл. ред. С. С. Мокульский. Т. 1 — М.: Советская энциклопедия, 1961, 1214 стб. с илл., 12 л. илл.
1909-cu ildə teatr tənqidçisi kimi çıxış etməyə başlayır.
1916-cı ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstana məzuniyyətə gələrək Telavi və Maxçaanidə özfəaliyyət tamaşaları səhnələşdirib.
Aleksandr Gürcüstanın Müstəqillik Bəyannaməsini imzalayanlardan biridir.
1920-ci ildə Tiflisdə Şanşiaşvilinin "Berdo Zmaniya" pyesini səhnələşdirərək, teatr rejissoru kimi debüt edir və Kote Marcanişvilidən dərs alır.
1922-ci ildə rejissor, 1924–1935-ci illərdə isə Şota Rustaveli Milli Teatrının baş rejissoru olub. 1935-ci il sentyabrın 13-də Gürcüstan Xalq Komissarları Sovetinin və Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonra Moskvaya köçərək, Yaşıl Teatrda rejissor işləyib.
Aleksandr Axmeteli 1934–1936-cı illərdə Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrında çalışmış, bir qrup çeçen sənətkarına dərs demişdir.
Axemeteli siyasi cəhətdən Sovet hakimiyyəti üçün etibarsız şəxs sayılırdı. "Antisovet fəaliyyətində" günahlandırılan və xaricə qastrol səfərinə qadağa qoyulan Axemetelini nəhayət 1935-ci ildə səhnədən uzaqlaşdırdılar. O, Moskvadakı pərəstişkarlarının arasına sığındı, lakin 1936-cı il noyabrın 19-da orada həbs olunaraq Tbilisiyə təhvil verildi. Həmkarlarını ingilislər üçün casusluğa cəlb etmə, Lavrenti Beriya və İosif Stalini öldürmək planları hazırlamaq kimi saxta ittihamlarla "xalq düşməni" kimi mühakimə edilir. Aleksandr Axmeteli 27 iyun 1937-ci ildə isə güllələnib.
Xatirəsi Aleksandr Axmeteli adı Qldani ərazisindəki Dövlət Dram Teatrı və eyniadlı metro stansiyasına verilib. Maçabeli küçəsində Aleksandr Axmeteliyə abidə ucaldılıb (1985). Tbilisidə Şota Rustaveli Teatrı binasında onun xatirə lövhəsi yerləşir.
Yaradıcılığı Aleksandr Axmeteli Gürcüstanda teatr sənətinin inkişafına çox böyük töhfələr verib. Onun yaratdığı tamaşalar emosionallığı, ixtiraçılığı, izdihamlı səhnələrin quruluşçuluğu, dinamizmi ilə hər zaman seçilirdi.
Teatr tamaşaları 1920 — "Berdo Zmaniya" S. Sançiaşvili 1924 — S. Şanşiaşvilinin "Heretinin qəhrəmanları" (Kote Marcanişvili ilə birlikdə) 1924 — V. Şekspirin "Vindzor çınqıllar" (Kote Marcanişvili ilə birlikdə)
Rustaveli Teatrı 1926 — "Zaqmuk" A. Qlebov 1928 — "Anzor"S. Sançiaşvili 1928 — "Rift" B. Lavrenyov 1929 — "Küləklər şəhəri" V. Kirşon 1930 — Vaja Pşavelanın novellaları əsasında Q. Robakidzenin "Lamara"sı 1931 — "Tetnuld" Şalva Dadiani 1933 — "Oğrular" F. Şiller
Tbilisi Dövlət Opera və Balet Teatrı Dmitri Arakişvilinin "Şota Rustaveli əfsanəsi" Zəkəriyyə Paliaşvilinin "Latavrası"
İstinadlar
Xarici keçidlər Сандро Ахметели — гениальный мятежник
Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:XX əsr teatr rejissorları