İsa Aleksandroviç Pliyev (;) — SSRİ hərbi xadimi, ordu generalı (1962). İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945), Monqolustan Xalq Respublikasının Qəhrəmanı (1971). 1958–1968-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı.
Həyatı İsa Pliyev Köhnə Batako kəndində (indiki Şimali Osetiyanın Pravoberejnı rayonu) osetin kəndli ailəsində anadan olub. 1908-ci ildə atası işləmək üçün Kanadaya getmiş və 4 ildən sonra orada şaxtada baş verən fəlakət nəticəsində dünyasını dəyişmişdi. İsa Pliev kiçik yaşlarından fəhlə işləməyə məcbur olsa da, qohumlarının köməyi ilə təhsil ala bilib. 1918-ci ildə o, Vladiqafqazda 2-ci real məktəbini bitirib.Хетагуров Г. Генерал армии И. А. Плиев (К 70-летию со дня рождения). // :ru:Военно-исторический журнал. — 1973. — № 11. — С.123–126.
1922-ci ilin martından Qırmızı Ordu xidmətə başlamışdır. O, Əlahiddə Qafqaz Ordusunun xüsusi idarəsinin nəzdindəki xüsusi dəstədə Qızıl Ordu əsgəri kimi xidmət edib. 1923-cü ilin iyun-avqust aylarında ehtiyatda olub, sonra yenidən Qırmızı Ordu sıralarına yazılaraq oxumağa göndərilib. 1926-cı ildə Leninqrad Süvari Məktəbini bitirmiş, 1926-cı ilin sentyabrından 1930-cu ilin mayına kimi onu bitirdikdən sonra Krasnodarda Şimali Qafqaz Dağ Millətləri Süvari Məktəbinin kurs komandiri vəzifəsində çalışmışdır. Sonra onu akademiyaya oxumağa göndərdilər.
Hərbi xidmət O, 1933-cü ildə Qızıl Ordunun M.V.Frunze adına Hərbi Akademiyasını bitirmiş və Ukrayna Hərbi Dairəsindəki M.F.Blinov adına 5-ci Stavropol süvari diviziyasının qərargahının əməliyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1936-cı ilin iyunundan — Ulan-Batorda Monqolustan Xalq İnqilabi Ordusunun Birgə Hərbi Məktəbinin qərargahında təlimatçı kimi çalışmışdır. 1939-cu ilin fevralından Belarus Əlahiddə Hərbi Dairəsinin 6-cı Süvari Diviziyasının 48-ci Süvari Alayına komandirlik edib. Alayın başında o, 1939-cu ilin sentyabrında Qırmızı Ordunun Qərbi Belarusiya yürüşündə iştirak etmişdir.Входила с 1920 года в состав Польши. 1940-cı ilin oktyabrından yenidən akademiyada təhsilə başlamışdır.
1941-ci il iyulun əvvəlində Böyük Vətən müharibəsi başlayandan sonra Baş Qərargahın K.E.Voroşilov adına Akademiyasından vaxtından əvvəl məzun oldu. İyulun 6-da Şimali Qafqaz Hərbi Dairəsinin 50-ci Süvari Diviziyasının komandiri təyin edildi. Polkovnik Pliyev Armavirdə diviziyanın yerləşdiyi yerə çatan kimi cəbhəyə göndərilmək əmri gəldi. O, müharibə vaxtı müxtəlif cəbhələrdə xidmət etmişdir. Moskva uğrunda döyüş, Kursk döyüşü, Qafqaz döyüşü, Ukrayna da döyüşlərin iştirakçısı olmuşdur.Курочкин П. А. Человек воинского долга (К 80-летию со дня рождения генерала армии И. А. Плиева). // :ru:Военно-исторический журнал. — 1983. — № 11. — С.90–92.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 aprel 1944-cü il tarixli fərmanı ilə general-leytenant İsa Aleksandroviç Pliyev şəxsi şücaəti və qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adını almış və Qızıl Ulduz medalı ilə təltif edilmişdir.
Sovet-Yapon müharibəsi zamanı o, Trans-Baykal Cəbhəsinin sovet-monqol süvari-mexanikləşdirilmiş dəstəsinə komandirlik edib. 1945-ci ilin avqustunda Xingano-Mukden əməliyyatında fərqlənmişdirr. Kvantun Ordusunu məğlub etməsi uğurlarına görə o, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl Ulduz medalı ilə təltif edilib.
1949-cu ilin aprelindən — Zaqafqaziya Hərbi Dairəsinin 4-cü Ordusunun komandanı. 1955-ci ilin iyunundan — komandirin birinci müavini, 1958-ci ilin aprelindən 1968-ci ilin iyununadək isə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı olub.
2 iyun 1962-ci ildə Plievin başçılıq etdiyi dairə qoşunları Novoçerkassk fəhlələrinin nümayişlərinin yatırılmasında iştirak etmişdilər.В. А. Козлов Неизвестный СССР. Противостояние народа и власти 1953–1985 гг. : :ru:Олма-пресс, 2006. 448 с. Pliyevin müavini olmuş general M.K.Şapoşnikovun xatirələrinə görə, məhz Pliev onun sərəncamına tanklar göndərir və lazım gələrsə hücuma keçməyi əmr edir. Əgər Şapoşnikov əmrə tabe olsaydı və Tuzlov çayı üzərindəki körpüdə dayanan tanklar camaata hücum etsəydi, o zaman minlərlə silahsız insan həlak olardı."Тогда, в Новочеркасске". Литературная газета N25 (5247), 21 июня 1989 г.
1962-ci ilin iyulundan 1963-cü ilin mayına qədər Karib böhranı zamanı "Anadır" əməliyyatı zamanı Kubadakı Sovet Qüvvələri Qrupuna komandanlıq edib. Kubadan qayıtdıqdan sonra o, Şimali Qafqaz Hərbi Dairəsinin komandanı vəzifəsini bərpa edib. 1968-ci ilin iyun ayından — SSRİ Müdafiə Nazirliyinin Baş Müfəttişlər Qrupunun hərbi inspektor-müşaviri işləyib və bu zaman xatirələrini qələmə alıb.
Sov.İKP MK üzvlüyünə namizəd (1961–1966). II–VII çağırış SSRİ Ali Sovetinin deputatı (1946–1970) olub.
İsa Pliyev 1979-cu il fevralın 6-da Moskvada vəfat etmişdir. Vladiqafqazda, Şöhrət Xiyabanında dəfn olunub.
İstinadlar
Ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2. Коллектив авторов. Великая Отечественная: Комкоры. Военный биографический словарь / Под общей редакцией М. Г. Вожакина. — М.; Жуковский: Кучково поле, 2006. — Т. 2. — 464 с. — ISBN 5-901679-08-3. Великая Отечественная. Комдивы [Текст] : военный биографический словарь : в 5 т. / Д. А. Цапаев (рук.) и др. ; под общ. ред. В. П. Горемыкина. — М. : Кучково поле, 2011. — Т. 1. — С. 240–242. — 736 с. — 200 экз. — ISBN 978-5-9950-0189-8. Батыров У. А. Гордость Осетии. — М.: Мегапир, 2005. — 286 с.; ISBN 5-98501-017-1. Гассиев В. Н. "Он не только мог принять быстрое и нужное решение, но и своевременно оказаться там, где это решение выполнялось". К 60-летию Победы: генерал армии И. А. Плиев. // Военно-исторический журнал. — 2003. — № 5. Генералы Великой Победы: Исса Плиев, Георгий Хетагуров, Хаджи-Умар Мамсуров. — Владикавказ: Ир, 2014. — 110 с. ISBN 978-5-7534-1390-1. Джатиев Т. И. Сабельный звон: Роман-хроника об И. А. Плиеве.; Перевод с осет. В. Аксенова. — М.: Современник, 1980. Зверев К. В. По тылам врага: О дважды Герое Советского Союза И. А. Плиеве. — М.: Политиздат, 1983. — (Герои Советской Родины). Ларина В. И. Талантливый военачальник (Плиев И. А.) // Их именами названы улицы. — Орджоникидзе: Ир, 1979. — С. 197–205. Люди бессмертного подвига. Том 2. — Москва, 1975. Цховребов И. Н. Генерал армии Исса Плиев. — Тбилиси: Мецниереба, 1976. Черчесов Г. Е. Завещание полководца: Штрихи к портрету И. Плиева. — Владикавказ: СОИГИ, 1993.
Xarici keçidlər Плиев Исса Александрович на сайте Министерства обороны Российской Федерации Плиев Исса Александрович — дважды Герой Советского Союза. Персона: Плиев Исса Александрович. Документальный фильм "Товарищ генерал". Режиссёр — С. Бейсембаев. Мемориальный комплекс на месте захоронения Плиева Герои Советского Союза, проживавшие на Дону после Великой Отечественной войны Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları