Rezo Levanoviç Qabriadze (; ) — Sovet və gürcü ssenaristi, dramaturq, rejissor, rəssam, heykəltaraş, Tbilisi Kukla Teatrının yaradıcısı. SSRİ Dövlət Mükafatı laureatı (1989).

Həyatı Rezo Qabriadze 29 iyun 1936-cı ildə Kutaisi şəhərində anadan olub. 1964-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1967 — Moskvada ssenaristlər və rejissorlar üçün ali kurslarda təhsil almışdır. Tələbə olarkən İnquri Su Elektrik Stansiyasının tikintisində iştirak etmişdir.Vronskaya, Jeanne, (1972) Young Soviet Film Makers. London: George Allen and Unwin; p. 112

Yaradıcılığı Rezo Qabriadze "Qəm eləmə!", "Mimino", "Qeyri adi sərgi", "Kin-dza-dza!", "Pasport" kimi 35-dən çox filmin ssenari müəllifidir.

1981-ci ildə Rezo Qabriadze Tbilisi Kukla Teatrının əsasını qoyub. Rezo rejissor, dramaturq, rəssam və heykəltaraş kimi pyeslər yazıb, kuklalar yaradıb və onları öz teatrının səhnəsində canlandırıb.

Xarici ölkələrdə 250px|thumb|right|Tbilisidə Qabriadzeyə həsr olunmuş kukla teatrı

1990-cı illərdə Rezo İsveçrə və Fransada işləmiş, burada iki dramatik tamaşaya səhnə quruluşu vermişdir: Vidi-Lozanna Teatrında "Nə kədər — Xiyabanın sonu" və Parisdə "Kutaisi". Bu iki tamaşada Piter Bruk Teatrının məşhur aktyorları — Natali Pari, Bakari Sanqare və başqaları rol ifa ediblər.

1994-cü ildə Rezo Qabriadze "Volqanın nəğməsi" tamaşasına quruluş verib, sonradan Tiflisdə adı dəyişdirilib "Stalinqrad döyüşü" olub. Bu, 1996-cı ildə Dijonda (Fransa) premyerası olan onun ən diqqət çəkən əsərlərindən biridir.

2002-ci ildə o, Teatro Vidi Lozanna (İsveçrə) teatrında yenidən "Baharımın payızı" tamaşasına qayıdıb.

2004-cü ildə Rezo Qabriadze Nyu Yorkdakı Barışnikov Rəqs Fondu üçün "Qadağan edilmiş Milad" və ya "Həkim və Xəstə" tamaşasını yazıb və rejissorluq edib. Onun premyerası Minneapolisdə, daha sonra "Linkoln Center"də və Cənubi Karolina ştatının Çarlston şəhərindəki Spoleto festivalında səhnələşdirilib.

Rezo Qabriadze 30 ildən artıq tamaşalarını dünyanın bir çox ölkələrində səhnələşdirib. O, iri beynəlxalq teatr festivallarında — Avinyon, Edinburq, Nyu-York, Toronto, Belqrad, Çarlston, Drezden, Moskva və digər şəhərlərdə iştirak edib.

Qabriadze Teatrının proqramına beş tamaşa daxildir: "Mənim baharımın payızı", "Stalinqrad", "Ramona", "Marşal de Fantierin brilyantları" və "Rezo".

Qabriadze rəssam, heykəltaraş və kitab qrafikası ustasıdır. Onun əsərləri Moskvada, Sankt-Peterburqda, Parisdə, Renedə, Dijonda sərgilənib. O, Münhendə keçirilən "Eyzenşteyndən Tarkovskiyə" adlı sərgidə iştirak edib. Onun rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ABŞ, Rusiya, Almaniya, İsrail, Fransa və Yaponiyada çoxsaylı ictimai və şəxsi kolleksiyalarda saxlanılır.

Qabriadze SSRİ Dövlət Mükafatı (1989), Rustaveli Mükafatı (Gürcüstan), Nika, Triumf, Qızıl Maska (Rusiya) laureatı, eyni zamanda Fransa Respublikasının "İncəsənət və ədəbiyyat" ordeninin Kavaleridir.

Marina Dmitrevskayanın "Rezo Qabriadze teatrı" (2005) kitabı Rezo Qabriadzenin yaradıcılığına həsr olunub.

Rezo Qabriadze 6 iyun 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.. O, iyunun 10-da Mtatsminda panteonunda dəfn edilmişdir.

Ailəsi Həyat yoldaşı — Yelena Zaxarova Qabriadze. Oğlu — Levan Qabriadze (1969-cu il təvəllüdlü) — reklam və kino direktoru. Qızı — Anna (1968-ci il təvəllüdlü)

Mükafatları 250px|thumb|right|Sankt-Peterburqda Fontanka çayı üzərində kiçik siskin Çijik-Pıjik heykəli 1989 — SSRİ Dövlət Mükafatı — Tbilisi Dövlət Texniki Muzeyində tamaşaya qoyulmuş "Baharımızın payızı" (1985) tamaşasına görə. 1992 — Nika "Pasport" filminə görə Georgi Daneliya və Arkadi Hayt ilə "Ən yaxşı ssenari" nominasiyasında. 1996 — Çarskoye Selo İncəsənət Mükafatı. 1996 — Triumf Mükafatı. 2017 — Milli Teatr Mükafatı Qızıl Maska "teatr sənətinin inkişafında müstəsna xidmətlərinə görə".Резо Габриадзе удостоен российский премии "Золотая маска" 20.04.2017 //sputnik-georgia.ru 2018 — "İkar" Bilirsən, ana, mən harda olmuşam?" cizgi filmi üçün "Ssenari müəllifi" nominasiyasında Milli Animasiya Mükafatı.

Düzəltdiyi heykəlləri Rezo Qabriadzenin yaratdığı heykəl və abidələri :

Peterburq "Çijik-Pijik" 19 noyabr 1994-cü ildə Fontankada, Mixaylovski qəsri yaxınlığında, 1-ci İnjenerni körpüsünün yaxınlığında, 12/1 nömrəli evin qarşısında quraşdırılmışdır. "Mayor Kovalevin burnu" abidəsi. Memar V.B. Buxayev. Heykəltəraş Rezo Qabriadze. 1995-ci ilin oktyabrında Rimski-Korsakov prospekti, 11 ünvanında evin fasadında quraşdırılmışdır.

Odessa Heykəltəraşlıq kompozisiyası — "Odessa qəhrəmanı Rabinoviç zarafatlarına abidə". 1995-ci il aprelin 1-də Odessa Ədəbiyyat Muzeyinin Heykəllər Bağında açılmışdır. Kompozisiyanın adını Mixail Jvanetski qoymuşdur.

İstinadlar

Ədəbiyyat Дмитревская М. Ю. Театр Резо Габриадзе: История тбилисских марионеток и беседы с Резо Габриадзе о куклах, жизни и любви. — СПб.: :RU:Петербургский театральный журнал, :ru:2005. — 232 с.: ил. — ISBN 5-902703-02-6

Xarici keçidlər Резо Габриадзе в "Энциклопедии кино" Театр Резо Габриадзе. Кутаисские авангардисты [: Беседа Р. Габриадзе с М. Дмитревской ] // :ru:Петербургский театральный журнал. — :ru:1997. — № 12. Автограф. Пожелания Всемирному клубу одесситов Умер сценарист "Мимино" и "Кин-дза-дза!" Резо Габриадзе. Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Dramlar Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:XX əsr rəssamları