Xoyskilər — Azərbaycan türklərinin tarixində mühüm rol oynamış ailələrdən biri. Ailənin kökü Xoy xanlarından gəlməkdədir.350px|thumb|right|Xoyskilərdən Fətəli xan Xoyskinin nəsil şəcərəsi
Soyun yaranması Bu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara üsyan qaldıraraq Rusiya imperiyasına üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili tayfasından olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.
Soyun tanınmış nümayəndələri Cəfərqulu xan Dünbili — Xoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biri. İsmayıl xan Xoyski — Şəki xanı. Kəlbəli xan Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskiın atası, Fətəli xan Xoyskinin ata babası. İskəndər xan Xoyski — Çar ordusuun general-leytenantı, Fətəli xan Xoyskiın atası. Hüseynqulu xan Xoyski – çar ordusunun general-mayoru. Fətəli xan Xoyski — Azərbaycanlı siyasi xadim. Rüstəm xan Xoyski — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. Tamara xanım Xoyskaya — Fətəli xan Xoyskinin qızı, Mirzə Davud Hüseynovun həyat yoldaşı. Əmir xan Xoyski — Qubada və Bakıda qubernatorun müavini,1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru. Cahangir xan Xoyski — Azərbaycan hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə şəhər Dumasının deputatı. Fatma xanım Ata xan qızı Əbraxanova — Teymur bəy Həsənbəyov həyat yoldaşı. Qəmərnisə bəyim Ata xan qızı Əbraxanova — şairə
Qalereya
Mənbə Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003 Ənvər Çingizoğlu, Xoyskilər, "Soy", 2010. səh.13–19. Э.Э.Исмаилов, Ханы Хойские. Материалы к родословной и биографиям, ATŞC-nin xəbərləri, IV buraxılış. Bakı, 2003.ст.35–58. Тамара Хойская: "Никого не обвиняю в том, что в Баку стоят памятники коммунистам, а не лидерам АДР" Şəki xan qəbristanlığında Xoyskilərə aid daha bir başdaşı aşkar olundu.
Xarici keçidlər Encyclopædia Iranica :DONBOLĪ. Originally Published: December 15, 1995.
Həmçinin bax Xoyski Gəncə Şəki Xoy Abraxanovlar
Kateqoriya:Azərbaycan ailələri