Koşexabl () — Adıge Respublikasında aul. Koşexabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi kimi "Koşexabl kənd qəsəbəsi" inzibati ərazisini təşkil edir.

Coğrafiyası Laba çayının (Kubanın qolu) sol sahilində, düzənlik ərazidə yerləşir. Aulun yerləşdiyi ərazinin dəniz səviyyəsindən hündürlüyü 148 metrdir. Kurqaninsk şəhəri ilə üzbəüz, Maykopdan 60 km şimal-şərqdə yerləşir. Şimali Qafqaz dəmir yolunun Armavir-Tuapse xəttində yerləşən Koşexabl dəmir yolu stansiyası aulun ərazisindədir. Yaşayış məntəqəsinin sahəsi 76,35 km² olmaqla iki hissəyə bölünür: şimal-şərq — düzənlik və cənub-qərb — dağətəyi.

Faydalı qazıntıları Ərazi qum, gil, qum daşı və s. ilə zəngindir. Bölgədə təbii qaz ehtiyatları aşkar edilmişdir.

Tarixi Aulun əsası 1868-ci qoyulmuşdur. Əvvəllər ilk məskunlaşmış əhali indiki Kurqaninsk rayonunun Mixaylovskaya kəndi ilə Laba çayının sağ sahilindəki meşə arasında yaşayırdılar. Çay tez-tez məcrasını dəyişdiyindən kəndi tez-tez su basırdı. Buna görə 1868-ci ildə Labinsk rayonu sol sahildə sakinlər üçün yer ayırdı. Lakin Laba çayı əhaliyə yenə də problemlər yaşadırdı. Daimi bir yerdən digər yerə göçdükləri üçün aul köçəri adlandırıldı: Koş () — köçəri; xabl () — aul. Əvvəllər aul Anzauriy adlandırıldı.

Qaraçay-Çərkəzdə 1925-ci ilə qədər Zeyuko ərazisində Koş-Xabl kəndi də var. Zelençuk çərkəzlərinin nitqində bu aul belə adlanır — Куэшхьэблэ.

Əhalisi 2020-ci ilin əhalinin siyahıya alınmasına görə aulda 7157 nəfər yaşayır. 2010-cu ilin siyahıya alınmasına görə 7152 nəfər öz milli mənsubiyyətini bildirmişdir: Əhalinin 85 % adıqlardı. 10 % əhali isə ruslardan təşkil olunub.

Təhsil Koşexabl aulunda Adıgey dövlət universitetinin filalı yerləşir. 2013-cü ildə abituriyentlərin sayının az olması səbəbindən filiala tələbə qəbulu dayandırılmışdır.

İstinadlar