Xamxi — İnquşetiyada qədim şəhər. Şəhər Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxil edilmişdir.

Qədim şəhərin ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Xamxi” memarlıq kompleksi var. Bu memarlıq kompleksinə siklopik qala tipli yaşayış məskənləri, 4 müdafiə qalası, 4 kiçik müdafiə qülləsi və 16 yaşayış qalası, həmçinin 10 məzarlıq daxildir. Siklopik qala tipli yaşayış məskənləri, 4 döyüş qülləsi, 4 yarımdöyüş qülləsi və 16 yaşayış qülləsi, həmçinin 10 kript məzarlığı kompleksin ərazisindədir. Təəssüf ki, tikililərin hamısı dağınıq vəziyyətdədir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. Coğrafiyası Xamxi Dağlıq İnquşetiyada, Assa çayının sol sahilində, onun üç ən böyük qədim şəhərlərindən-yaşayış məntəqələrindən biri olmaqla, tarixi "Xyakxale" (inquş dilindən - "Troeqrad") bölgəsinin ərazisində yerləşir.

Tarixi thumb|300px|right|Xamxidə məktəb. 1930-cu illər. Xamxi ərazisində eramızdan əvvəl II-I minilliklərə aid meqalit siklop yaşayış məskənlərinin qalıqları qeydə alınmışdır. Məhz burada alimlər qədim tarixçi və coğrafiyaşünas Strabonun qeyd etdiyi qədim Xamekiti etnonimini (“Xamekiti”, “Hamxeti” sözünü “Xamxlər ölkəsi” kimi köçürməklə) lokallaşdırmışlar.

Orta əsrlərin sonlarında Xamxi ərazi baxımından mərkəzi olmaqla Xamxin şəhərinin tərkibinə daxil edilmişdir. Bir çox tanınmış inquş soyadlarını daşıyanlarının ata-baba yurdu məhz Xamxi olmuşdur. O soyadları bunlardır: Xamxoyevlər, İzmailovlar, Bekbuzarovlar, Martazanovlar, Katsiyevlər, Adjiyevlər, Matsiyevlər, Umarovlar, Bersanovlar, Fətxilqovlar, Kadiyevlər.

Çeçenlərin və inquşların deportasiyasına qədər abidəyə yaxın kəndlərin ən böyüklərindən biri olan Xamxidə inquşlar yaşayırdılar. İndi yalnız çoban sürüləri və turistlər onun dolama küçələri boyunca sağ qalmış yüzlərlə tikililərə baxırlar. Bu tikililə böyük tarixi əhəmiyyətə malik olduğundan abidə arxeoloqların daim baş çəkdiyi məskənlərdəndir. Bölgənin sərhəd zonası olduğu üçün burda sərhəd xidmətinin postları mövcuddur. Turist səfərləri, ziyarətlər yalnız xüsusi razılıqla mümkündür.

İstinadlar

Ədəbiyyat

Бларамберг И. Кавказская рукопись. Ставрополь, 1992.

Xarici keçidlər Респ Ингушетия, р-н Джейрахский, , с Хамхи, , . ОКАТО индекс ИФНС Классификатор адресов России — kladr. Сайт башенного комплекса "Хамхи" фото, статьи, гостиницы и кафе рядом.

Kateqoriya:Qədim şəhərlər Kateqoriya:İnquşetiya Kateqoriya:Ceyrax rayonu Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri