Lermentovo — Krasnodar diyarının Tuapsinski rayonunda kənd.
Coğrafiyası Kənd Qara dənizin Tenqinski körfəzinin sahilində, Tuapse-Novorossiysk magistral yolunun üzərində yerləşir. Cubqadan 5 km şərqdə, Şapsuxo çayının mənsəbində yerləşir. Lermontovodani çay boyu 4 km yuxarıda Tenqinka kəndi yerləşir.
Şapsuxo çayı ərazidə olan bir çox çaylar kimi bir başa dənizə tökülür. Dağlar arası vadilərlə axan çayların yuxarı axarları öz təbbi formasını qoruyub saxlaya bilib.Сайт поселка Лермонтово Lermantovo kəndi dəniz səviyyəsindən 34 metr yüksəklidə yerləşir. İqlimi Aralıq dənizi iqlimidir. Yağıntılar əsasən payız-qış aylarında düşür. Yayı quraq və isti keçir.
Tarixi 1475-ci ildə kəndin yerləşdiyi ərazi digər Şimali Qara dəniz sahilləri kimi Osmanlı İmperiyasının tərkibinə daxil oldu. 1829-cu ildə Adrianpol sülh müaqaviləsindən sonra Rusiya imperiyasının təsir dairəsinə aid oldu. Qafqaz müharibəsi zamanı Şapsuxo aulunun yerində ()Светлана Григорьевна Кудаева. Адыги (черкесы) Северо-Западного Кавказа в ХИХ веке: процессы трансформации и дифференциации адыгского общества. — Нальчик: Майкопский государственный технологический университет, 2007. — С. 183. — 301 с. — ISBN 9785926922097. Qara dəniz sahil müdafiə xəttinin — Teqinski istehkamı yaradılmışdır.
1854-cü ildə Krım müharibəsi zamanı Novorossiysk bombalandıqdan və Qara dənizdə hökmranlıq edən İngiltərə-Fransız donanmasından açıq təhlükə yarandıqdan sonra Tenqinski istehkamı ləğv edildi.
Müasir kəndi bu ərazidə heç vaxt çatmayan Tenqinski piyada alayının leytenantı, şair Mixail Lermontovun adını daşıyır. Tenginski alayı 1838-ci ildə Şapsuxo çayının mənsəbində tikilmiş Tenginskoye istehkamında qarnizon qurmuşdur.
Kənd Krasnodar diyarının İcraiyyə Komitəsinin 24 sentyabr 1958-ci il tarixli qərarı ilə yaşayış məntəqələri siyahılarında qeydə alınmışdır.
Əhalisi 1987-ci il yanvarın 1-nə olan məlumata görə Lermontovo kəndində 605 nəfər yaşayırdı. 2010-cu ilin məlumatına əsasən Lermontovoda əhalinin sayı 1122 nəfərdir.
İqtisadiyyatı Kənddə müxtəlif pansionatlar var. Hazırda Lermontovo kifayət qədər inkişaf etmiş kurort ərazisidir. Yayda turistləri Tenqinski körfəzinin qumlu çimərlikləri cəlb edir. Lermontovonun bütün ərazisi yetərincə dəyişdirilib: çoxlu sayda otel və əyləncə kompleksləri, su parkları, sağlamlıq mərkəzləri inşa olunub.
İstinadlar
Kateqoriya:Tuapsinski rayonu