Qaşqar, Kaşkar və yaxud Kaşğər () — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib.

Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur.

Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.

Coğrafiyası və iqtisadiyyatı Qaşqar Tarım hövzəsinin ucqar qərbində yerləşən meşə vahəsidir. Şəhərin şərqində səhra, qərbində dağlıq ərazilər var. İqlimi həddindən artıq qurudur, ildə yağıntının miqdarı 100 mm-dən çox deyil və bunlar yayın ən isti aylarına düşür. Şəhərin su təchizatı Qaşqar çayı və çoxsaylı quyular vasitəsilə təmin olunur.

Qaşqar Tyan-Şan və Kunlun dağlarının qovuşduğu yerdə, Pamir dağlarının ətəyində yerləşir. Buradakı torpaq çox münbitdir, təkcə taxıl deyil, həm də pambıq və müxtəlif meyvələr yetişir. Qaşqar xalçalarına bütün dünyada tələbat var. Şəhərin yaxınlığında — polimetal mədəni, şəhərin özündə su-elektrik stansiyası fəaliyyət göstərir.Кашгар // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. III. — ISBN 9965-9746-4-0.

Şəhərin görməli yerləri arasında Çinin ən böyük məscidi olan İd Kah (VIII əsrdə əsası qoyulmuş, 1442-ci ildə yenidən tikilmişdir), Qaşqar hökmdarı Afaq Xoca və onun nəvəsi İparxanın (XVII) məqbərəsi və Mao Tszedunun nəhəng heykəli var.

İqlimi Qaşqar üçün iqlim tarixçəsiAylarYanFevMarAprMayİyunİyulAvqSenOktNoyDekİllikOrta maksimum, °C0,24,713,922,126,530,332,130,826,219,710,11,518,1Ortalama temperatur, °C−5,6−1,27,715,519,923,625,724,419,412,33,7−3,911,7Ortalama temperatur minimum, °C−10,7−6,51,68,612,816,018,617,412,04,7−1,9−8,15,3Yağıntının miqdarı, mm255511678521158Mənbə: World Climate

Tarixi

Qədim dövr 250px|thumb|right|Qaşqarda ən qədim ev 250px|thumb|right|73-cü ildə Ban Çao və Qaşqar hakimi Yulenin (Jonq) əsk olunduğu relyef Əsrlər boyu Qaşqar dəfələrlə əldən-ələ keçərək Çin imperiyalarının, Türk xaqanlığının, İran və Monqol imperiyalarının, Tibet teokratiyasının hakimiyyəti altına düşmüşdür.

Eramızdan əvvəl I əsrdə Qaşqar regionun lider dövlətinə çevrilən Han sülaləsiinin maraq dairəsinə düşdü. Çin diplomatları Qaşqarı "Şule" (疏勒) adlandırırdılar, lakin Tan imperiyası dövründə yerli Queşa (佉 沙, təhrif olunmuş "Qaşqar") adı da məşhur idi. Şəhər Çanqandan 9350 li məsafədə yerləşirdi. Burada 1510 ailə, 18647 əhali yaşayırdı, onlardan 2000-i əsgər idi. Şəhrdə Çin səfirliyinin tərkibi 8 məmur və 2 tərcüməçidən ibarət idi. Şəhər iqtisadiyyatını bazarlar, Mərkəzi Asiyaya gedən ticarət yolları təşkil edirdi. Burda düyü, darı, küncüt, buğda becərirdilər. Dəmir, mis, qalay, orpiment hasil olunurdu. Dunhuandan 500 çin əsgəri və çeşi, qaraşar və kuçanlardan ibarət ordu Qaşqarı tutmaq üçün göndərildi. Lakin Qaşqarın mühasirəsi uğursuz alındı.

Eramızın I əsrində Qaşqar böyüdü və burda artıq 21.000 ailə və 30.000 qoşun məskunlaşmışdı. 73-cü ildə Kuçanlar Doutini (兜 题) Qaşqar knyazı seçdilər. Həmin ilin qışında Ban Çao Çjonqu (忠) Qaşqar knyazı qoydu. Lakin o, üsyan etdi və başı kəsildi. 116-cı ildə yueçjilərin müttəfiqi Çenpan (臣 磐) knyaz oldu. Tezliklə o, Hana sədaqətlə xidmət etməyə başladı. 168-ci ildə qohumu Hede (和 得) tərəfindən ov edərkən öldürüldü. 170-ci ildə 30.500 Han və müttəfiq döyüşçüləri Çenpanın öldürülməsinin qisasını almaq üçün Qaşqarı mühasirəyə aldılar, lakin onu ala bilmədilər. Sonradan çinlilər öz daxili işləri ilə məşğul oldular və Qaşqarda qətllər və çevrilişlər səbəbindən knyazlar tez-tez dəyişməyə başladılar. Knyazlar aslan təsviri olan tac taxırdılar. Sonradan onlar Türk xaqanlığının vassallarına çevrildilər.

465-ci ildə Qaşqar xalqı Toba Xuanın (Buddizmin əsas himayədarı) sarayına "Qautama Buddaanın paltarını" — guya Buddaya məxsus olan 20 monastır paltarını göndərdilər.

Tan imperiyasının salnamələrindən məlum olur ki, Qaşqarda kişi körpələrin kəllə sümüyünü deformasiya etmək adəti olub. Sakinləri hündürboylu və açıq gözlüdür. Pai (裴) idarə etməkdən xoşbəxtdir. VII əsrin əvvəllərində türk xaqanının qızı ilə evlənmiş Pai Amoçji şahzadə idi. "Xian" (祅, təhrif olunmuş Hörmüzd) adlı ruha sitayiş edilir. Digər tərəfdən, Buddizm geniş yayılmışdır. Onlar hind yazısından istifadə edirlər.

635-ci ildən Tan imperiyası ilə diplomatik əlaqələr quruldu. 676–678-ci illərdə Qaşqar qısa müddətə Tibet imperiyası tərəfindən fəth edildi. 728-ci ildə Vanq Andinq (安定) imperator Xuanzonqun əmri iləşəhərdə hakim oldu.

Orta əsrlər 200px|thumb|left|Çinin ən böyük məscidi İd Kah Orta əsrlərdə Qaşqar Böyük İpək Yolunun ən mühüm ticarət nöqtəsi idi. Buradan karvanlar qərbə (Fərqanə vadisi), cənuba (Cammu və Kəşmir) və şimala (Urumçi və Turfan) gedirdilər. II əsrə qədər vahənin sahibi yueçjilər, ondan sonra türklər, qarluqlar, uyğurlar, qarahitaylar və monqollar idi. E.ə 1-ci əsrdən eramızın — I əsrinə qədər və VII–VIII əsrlərdə yerli knyazlar Han və Tan Çin imperiyalarının vasalları idilər.

VIII əsrdə ərəb işğalları dövründə 704-cü ildə Əbdülməlik bin Mərvan tərəfindən Xorasan valiliyinə gətirilən Qüteybə, təqribən 50 min nəfərlik ordunun başında şimala və şərqə düzənlədiyi səfərlərin ilkində (705) Toxarıstana girərək paytaxt Bəlxi ələ keçirdi. Ardından o tarixdə Oxus olaraq bilinən Ceyhunu (Amu Dərya) aşaraq Buxara və çevrəsindəki Soqdiana torpaqlarını fəth etdi (706–709). 706-cı ildə Bəykəndi aldı, bu şəhəri də dağıdaraq bütün kişiləri öldürtdü. İrəlləyişini durdurmaq üçün Buxara hökumətincə vəzifələndirilən Vərdan xudanı da məğlubiyyətə uğratdı. Vərdanın ölümündən (708) sonra Buxaranı ələ keçirdi. Daha sonra Səmərqəndı (710–712), Xarəzm və paytaxtı Xivəyi ələ keçirdi. Səmərqənd hökmdarı Nizak Tarxan da ona boyun əydi. Həccacın buyruğu üzərinə, Sistanın Türk hökmdarı Rutbilin üstünə yürüdü, ancaq Ərəb hegomonluğunu qəbul etdirə bilmədi. Xarəzm hökmdarı Çiğan, qardaşı Hurrəzata qarşı ondan yardım istədi, o da Bəlx valisi olan qardaşı Əbdurrahmanı göndərdi və Əbdürrəhman, Hürrəzatı öldürdü, Xarəzmin üç böyük şəhərini Ərəb hegomonluğu altına aldı. Qüteybə ibn Müslim, İraq valisi Həccacın icazəsiylə mühasirəyə aldığı Səmərqəndi sərkərdə Gürəkin dirənməsinə qarşı ələ keçirdi. Baş qərargahını buraya köçürdükdən sonra (714) sonra İsficapa gəldi. 715-ci ildə Orta Asiyanın iç hissəlrinə doğru ilərləyərək Fərqanəni Ərəb xilafətinə qatdı. Çin sərhədlərinə qədər irəlilədiyi deyilsə də, bu haqqda yazılı sənəd yoxdur. 711-ci ildə ərəblər Qaşqara hücum etdilər. Qüteybə ibn Müslümin 712–715-ci illərdə Sincanı fəth etdiyi iddia edilir. Müsəlman dini ilk gündən yayılmağa davam etsə də, şimalda və şərqdə müstəqil Türkistan dövlətləri üzərində öz ağırlığını hiss etdirdi və bununla da getdikcə artan nüfuz qazandı. Lakin islam X əsrdə Qaraxanilər dövlətinin tabeliyinə keçəndən sonra Qaşqarda bərqərar oldu.,

Türklərin hakimiyyətində 300px|thumb|right|Kaşqar yolu səhnəsi, 1870-ci illər X əsrə aid "Hüdud əl-aləm" mətninə görə, "qədim dövrlərdə Kaşqar rəisləri ya qarluqlardan, ya da yağmalardan idi. Qarluqlar, yağmalar və çigillər kimi digər tayfalar qaraxaniləri meydana gətirdilər. Qaraxanlılar Sultanı Satıq Buğra xan X əsrdə İslamı qəbul edərək Qaşqarı ələ keçirdi. Qaşqar bir müddət Qaraxanlılar dövlətinin paytaxtı olmuş, lakin sonradan paytaxt Balasağuna köçürülmüşdür. X əsrin ikinci yarısında müsəlman Qaraxanlılar Buddist Xotan dövlətinə qarşı mübarizəyə başladılar və Xotanlılar Qaraxanlıları məğlub edərək 970-ci ildə Qaşqarı ələ keçirdilər. Çin mənbələrində Xotan padşahının Qaşqardan ələ keçirilmiş rəqs edən fili onlara göndərməyi təklif etdiyi qeyd edilir. Daha sonra 1006-cı ildə Yusif Qədr xanın başçılığı ilə Qaşqar Qaraxanlıları Xotanı fəth etdilər.

Bununla belə, Qaraxanlılar xanlığı daxili çəkişmələrlərdə əziyyət çəkirdi. Nəticədə xanlıq Şərqi və Qərbi Qaraxanlı xanlıqları olmaqla iki yerə bölündü, Qaşqar isə Şərqi Qaraxanlılar dövlətinin ərazisinə keçdi. 1089-cu ildə Qərbi Qaraxanlılar Səlcuqilərin nəzarətinə düşdü. Lakin Şərqi Qaraxanlılar əksər hallarda müstəqil idilər.

Hər iki Qaraxanlı dövləti XII əsrdə Balasağunu ələ keçirən Qaraxitaylar dövləti tərəfindən məğlub edildi. Lakin Qaraxanlıların hökmranlığı Qaraxitayların hakimiyyəti altında Qaşqarda davam etdi. Qara-Xıtan hökmdarları dini dözümlülük siyasətini yürüdürdülər, İslam dininə mane yox idi. Üstəlik şəhərdə Nestorian kilsəsi var idi.

Qaşqarın sonuncu Qaraxanlı hökmdarı 1211-ci ildə şəhərin əyanları tərəfindən üsyanda öldürüldü. Qaraxitaylarınn taxtını sahibi Kuçluk xan 1214-cü ildə nəhayət təslim olan Qaşqara hücum etdi.

Monqol dövrü 250px|thumb|left|Qaşqarın xəritəsi, 1759-cu il Öz növbəsində, Qaraxitaylar dövləti 1219-cu ildə Çingiz xan tərəfindən məğlub edildi. Onun ölümündən sonra Qaşqar Çağatay xanlarının hakimiyyəti altına keçdi. Marko Polo 1273–1274-cü illərdə Qaşqardan keçən Marko Polo şəhərdə Nestorian kilsələrinin olduğunu qeyd etmişdi. XIV əsrdə Çağatay xanı Tuğluq Teymur xan İslamı qəbul etdi və İslam ənənələri ilə öz hökmranlığını davam etdirməyə başladı.

1389–1390-cı illərdə Əmir Teymurun hücumu vahənin rifahına ağır zərbə vurdu. Bundan sonra yerli əhalinin islamlaşması gücləndi (Qaşqarda 17 mədrəsə, 70 məktəb, 8 karvansara mövcud idi). Qaşqar çətin bir dövr keçirdi və 1514-cü ildə Sultan Səid xan istilası ilə şəhər Mirzə Əbubəkr Duqlat tərəfindən dağıdıldı və on min nəfərin iştirakı ilə Tuman çayının sahilində daha yüksəkdə güclü müdafiəsi olan yeni bir qala tikdirdi. Şəhər Yarkənd xanlığının tərkibinə daxil oldu. İlk dövrlər xanlığın tərkibinə Qaşqar, Yangihisar, Yarkənd, Xotan, Aksu və Uç kimi şəhərlər daxil idi.

Çağatay xanları sülaləsi 1572-ci ildə ölkənin əyanlar arasında bölünməsi ilə süqut etdi.