Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri — Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir.
Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya müvafiq gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənubi Asiyanı işğal etmişdirlər.
Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir.
Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir.
thumb|Pont çöllərinin Dnepr çayından Ural dağlarına qədər əhatə etdiyi ərazi
Coğrafiya və ekologiya
thumb| Tulipa suaveolens, baharda çöllərdə görünən ən tipik çiçəklərdən biridir. Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Qara dəniz və Xəzər dənizi mezozoy və kaynozoy eralarında mövcud olmuş və indiki Qərbi Sibir düzənliyini əhatə edən Paratetisin bir hissəsi olan Turqay dənizinin qalıqlarıdır.
Tarixdən əvvəlki mədəniyyətlər
thumb|Çöllərdəki Yamnaya mədəniyyəti
Xətti dulusçuluq mədəniyyəti e.ə 5500–4500 Cucuteni-Trypillian mədəniyyəti e.ə 5300–2600 Xvalınsk mədəniyyəti eramızdan əvvəl 5000-3500-cü illər Sredny Stog mədəniyyəti e.ə. 4500–3500 Yamnaya/Kurqan mədəniyyəti e.ə. 3500–2300 Katakomba mədəniyyəti eramızdan əvvəl 3000-2200-cü illər Srubna mədəniyyəti e.ə. 1600-1200 Novoçerkassk mədəniyyəti e.ə. 900-650
Tarixi xalqlar və millətlər
thumb| Pont çölləri, b.e. 650
thumb| Krım xanlığı tatarları ilə döyüşən Zaporojye kazakları XIX əsr rəsmi
Kimmerlər: eramızdan əvvəl XII-VII əsrlər Daçiyalılar: eramızdan əvvəl XI əsr - eramızın III əsri İskitlər: eramızdan əvvəl VIII-IV əsrlər Sarmatlar: eramızdan əvvəl V əsr - eramızın V əsri Ostqotlar: III-VI əsrlər Hunlar və Avarlar: IV və VIII əsrlər Bolqarlar (Onogurlar) IV və VII əsrlər Alanlar: V-XI əsrlər Avrasiya avarları: VI-VIII əsrlər Göytürklər: VI-VIII əsrlər Sabirlər VI-VIII əsrlər Xəzərlər: VI-XI əsrlər Peçeneqlər: VIII-XI əsrlər Qıpçaqlar və Kumanlar: XI-XIII əsrlər Monqol Qızıl Ordusu: XIII-XV əsrlər Qazaxlar, kalmıklar, Krım xanlığı, Volqa tatarları, noqaylar və başqa türk dövlətləri və tayfaları: XV-XVIII əsrlər Pont yunanları və Qafqaz yunanları: XV-XIX əsrlər Rusiya imperiyası: XVIII-XX əsrlər Sovet İttifaqı: XX əsr Moldova, Qazaxıstan, Rusiya Federasiyası və Ukrayna: XX-XXI əsrlər
İstinadlar
Xarici keçidlər
Google maps: Pontic-Caspian steppe Kateqoriya:Avropa regionları Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Moldova coğrafiyası Kateqoriya:Asiyanın ekoregionları Kateqoriya:Atlı xalqlar