Akun (, Bergsland, K. Aleut Dictionary. — Fairbanks: Alaska Native Language Center, 1994.) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur.
Tarix Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir. ABŞ Sahil Mühafizəsi tarixində ən uğurlu xilasetmə əməliyyatlarından biri olan yelkənli gəminin 320 ekipaj üzvü və sərnişinindən 312-ni xilas etmək mümkün olmuşdur..
Coğrafiya Akutan adasının şərqində və Unimak adasının cənub-qərbində, Unimak boğazında yerləşir. Adanın sahəsi 166,77 km²-dir. Daimi əhalisi yoxdur. Adada rus kolonistlərinin yetişdirdiyi heyvanların nəslindən olan vəhşiləşmiş inəklərin nəsilləri yaşayır. Adanın şimal hissəsində Akun vulkanı yerləşir (Gilbert, 819 m). Poa adası Akundan 1,6 km cənubda yerləşir.
İstinadlar
Mənbə [https://web.archive.org/web/20120105033050/http://factfinder.census.gov/servlet/DTTable?_bm=y Akun Island: Block 1051, Census Tract 1, Aleutians East Borough, Alaska Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları