205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır.Гизетти А. Л. Хроника кавказских войск: в 2 частях / Под ред. И. С. Чернявского. — Тф.: Тип. КГГЧК, 1896. — 598 с. Alayın təşkili Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır.

1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi.

Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur:

Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır. Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı. Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi. Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır. Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır.

1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.

Şamaxı alayının ilk döyüş təcrübəsi 1911-1912-ci illərdə general-mayor Vasili Qabayevin Qəzvin dəstəsində olduğu İrana yürüşü idi. İranda Şamaxı alayı Ənzəli-Rəşt bölgəsində hərəkət edərək Kiranda qalasına hücum zamanı xüsusilə fərqlənmişdilər.

Birinci Dünya müharibəsi illərində 52-ci piyada diviziyasının tərkibində Şamaxı alayı Şərq cəbhəsində idi. Alayın komandirləri 250px|thumb|right| Birinci Dünya müharibəsi zamanı 205-ci Şamaxı piyada alayının komandanı olmuş Əbdülhəmid bəy Qaytabaşı 04.08.1894 - 06.05.1896 - polkovnik Mamvriski Arkadi Qriqoryeviç 06.05.1896 - 24.10.1900-cü ilə qədər - polkovnik Protasov Mixail Dmitriyeviç 12.05.1900 - 11.01.1906-dan sonra - polkovnik Qlinski Qriqori Evqrafoviç 11.02.1906 - 21.02.1908 - polkovnik Bekov Konstantin Nikolayeviç 03.15.1908 - 01.01.1914-cü ildən sonra - polkovnik Safonov Aleksandr Aleksandroviç 20.03.1914 - 10.06.1914 - polkovnik knyaz Vaçnadze, Konstantin İvanoviç 16.11.1914 - хх.хх.1915 - polkovnik knyaz Çulukidze, Varden Qriqoryeviç xx.xx.1915 - 30.07.1916 - polkovnik Əbdülhəmid bəy Qaytabaşı 01.08.1916-dan sonra - 18.04.1917 - Polkovnik von Vitt Maksimilian Adolfoviç

Alayda xidmət etmiş məşhur insanlar Əbdülhəmid bəy Qaytabaşı (1884-1920) — Azərbaycan sərkərdəsi, Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) hərbi xadimi. Zvonarev, Konstantin Kirilloviç (1892-1938) - Sovet hərbi xadimi, M.V.Frunze adına Hərbi Akademiyanın kəşfiyyat şöbəsinin müdiri. Tərlan Əliyarbəyov (1892-1956) — Sovet hərbi xadimi, general-mayor.

İstinadlar

Ədəbiyyat

Гизетти А. Л. Хроника кавказских войск: в 2 частях / Под ред. И. С. Чернявского. — Тф.: Тип. КГГЧК, 1896. — 598 с. Казин В. Х. Дополнение к Справочной книжке Императорской Главной Квартиры «Гренадерские и пехотные полки» (181-й — 208-й пехотные полки). Под редакцией В. К. Шенка. — , 1912 Стрелянов (Калабухов) П. Н. Казаки в Персии. 1909—1918 гг. — М., 2007

Kateqoriya:Azərbaycanın hərb tarixi