Yusif Mustafa oğlu Nəbiyev () — Azərbaycan dövlət xadimi, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980).

Həyatı Yusif Mustafa oğlu Nəbiyev 27 dekabr 1926-cı ildə Naxçıvan MSSR-in Şıxmahmud (hazırda Babək rayonu) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə Naxçıvan şəhərində Naxçıvan Peşə Kooperasiyası İttifaqında hesabdar kimi başlamışdır. Sonra baş mühasib müavini və baş mühasib vəzifələrində işləmişdir. 1943-cü ildən Tbilis Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunda oxumuş, 1945-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun qiyabi şöbəsinə keçmişdir. 1946-cı ildə bu institutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Naxçıvan fəhlə-gənclər orta məktəbində müəllim işləmişdir.

Yusif Nəbiyev 1947–1950-ci illərdə SSRİ Nazirlər Soveti yanında peşə və istehlak kooperasiyası işləri üzrə baş şöbənin Naxçıvan MSSR üzrə inspektor-müfəttişi olmuşdur. Sonrakı illərdə Naxçıvan MSSR Maliyyə Nazirliyində büdcə şöbəsinin rəisi, dövlət inspektorluğunun büro müdiri vəzifəsində çalışmış, 1953–1956-cı illərdə Leninqraddakı SSRİ Maliyyə Nazirliyinin Ümumittifaq Ali Maliyyə Məktəbinin dinləyicisi olmuşdur. 1956–1958-ci illərdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri, 1958–1963-cü illərdə SSRİ Dövlət Bankının Naxçıvan MSSR Kontorunun müdiri vəzifəsində işləmişdir.

Yusif Nəbiyev 1963–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışmış, 1970-ci ildən isə Naxçıvan MSSR Nazirlər Nazirlər Sovetinin sədri olmuşdur. Həmin illərdə qiyabi yolla bitirmişdir. 1979-cu ilin yanvar ayında Azərbaycan SSR Nazirlər Sovetində nəqliyyat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, iyun ayında isə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi seçilmişdir.

1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Yusif Nəbiyev Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 8-ci çağırış SSRİ Ali Sovetinin, 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin və 7–9-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.

Yusif Nəbiyev 1 dekabr 1980-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Naxçıvan hökumət başçılarının siyahısı

Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP MK yanında Ali Partiya Məktəbinin məzunları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları