Kalium bromid – kimyəvi formulu KBr olan qeyri-üzvi birləşmə,bromid turşusunun kalium duzu. Fiziki xassələri Kalium bromid – natrium xlorida bənzər kub tipli kristalik qəfəsi olan rəngsiz kristallardı. 298 °C -ə qədər qızdırıldıqda və 1.7 GPa təzyiqi altında, kristal qəfəs sezium xlorid kimi başqa bir kub modifikasiyasına çevrilir. Alınması 1. Sənaye ehtiyacları üçün kalium bromidi, kalium karbonatın qarışıq dəmir bromidi (II, III) Fe3Br8 ilə reaksiyası zamanı almaq olar:

2. Laboratoriya şəraitində kalium bromidi kalium hidroksid, brom və ammonyakın qarşılıqlı təsirindən almaq olar:

3. Otaq temperaturunda birbaşa sintez nəticəsində:

4. Bromla daha az aktiv halogenin (yod) əvəz edilməsi nəticəsində:

5. Kalium bromatın 434 °C temperaturdan yuxarı termiki parçalanma nəticəsində:

Termodinamik kəmiyyətlər Xassəsi Mənası Standart əmələ gəlmə entalpiyası (298 К) -392,5 kC/mol Entropiyası (298 К) 95,85 C/(мол·К) İstilik tutumu (298 К) 52,07 C/(мол·К) Ərimə entalpiyası 29 кC/молРабинович В. А., Хавин З. Я. «Краткий химический справочник» Л.: Химия, 1977

Həllolması Həlledici Temperatur, °C Həllolması,г/100 q həlledicidə Aseton 20 0,03 Su 0 53,5 Su 10 59,5 Su 20 65,2 Su 25 68,1 Su 30 70,9 Su 40 75,8 Su 60 85,5 Su 80 94,6 Su 100 103,3При повышенном давлении. Su 150 127,3 Su 200 153,2 Qliserin 25 17,8 Metanol 20 2,1 Etanol 20 0,46 Etanol 55 0,54

Kimyəvi xassələri Kalium bromid tipik ion duzudur. Suda həll edildikdə, dissosiyasiyaya uğrayır amma hidroliz olunmur, çünki güclü bir qələvidən (kalium hidroksid) və güclü bir turşudan (hidrobrom turşusu) alınıb. Kristalhidratlar əmələ gətirmir. Qatı bromid turşusunda həll olunmur.

1. Daha aktiv halogenlərlə reaksiya nəticəsində brom çıxarılır:

2. Məhlularda adi mübadilə reaksiyaları baş verə bilər:

3. Reduksiyaedici xassələr göstərir: (конц. , кип.) (разб. ) (конц. , кип.)

4. Qatı məhlullarda bəzi bromidlərlə kompleks birləşmələr əmələ gələ bilir:

Tətbiqi Kalium bromid tibbdə sakitləşdirici (sedativ) olaraq istifadə olunur. Maye şəklində olan maddələrin İQ spektrini təyin etmək üçün istifadə olunur.

Toksikliyi Kalium bromid yüksək konsentrasiyalarda mədənin selikli qişasını qıcıqlandırır, ürəkbulanma və qusmaya səbəb olur. LD 50 - nin ölümcül dozası 3070 mq / kq -dır.

İstinadlar 1. Некрасов Б. В. «Основы общей химии». В 2 томах. М.: Химия, 1973. 2. Рабинович В. А., Хавин З. Я. «Краткий химический справочник». Л.: Химия, 1977.

Kateqoriya:Kalium birləşmələri Kateqoriya:Bromidlər Kateqoriya:Optik materiallar