Artos dağı və ya Çadır dağı — Vanın Gevaş rayonu sərhədləri daxilində yerləşən 3 550 metr hündürlüyündə vulkan. O, Vandan təxminən 38 kilometr və Van gölündən təxminən 10 kilometr məsafədədir.

Cənub-şərqi Torosların (Tavr) davamı olan dağ görünüşünə görə Çadır dağı da adlandırılır.Van İl Kültür ve Turizm Müdürlüğü — Artos dağı Dağın adı (Artos) həm də Ermənistanda kişi adı olaraq istifadə olunur.

Coğrafi və geoloji xüsusiyyətləri Artos dağı 3 550 metr hündürlüyə çatır və sönmüş vulkan hesab olunur. Dağın əsasını təqribən 570-225 milyon il əvvələ, Paleozoy erasına aid kristallik şistlər təşkil edir. Onun geoloji tərkibinə üçüncü dövrün sonu ilə dördüncü dövr arasında, təxminən 2,5 milyon il əvvəl formalaşmış şist və əhəngdaşı daxildir. Dağın formalaşması ətraf vadilərin yaranması ilə müşayiət olunmuşdur.

Dağda qurğuşun filizi də var. Bununla yanaşı, sürətli əsən küləkdən dolayı ərazidə külək turbinləri quraşdırmaq mümkündür.

Fauna və flora ehtiyatları Həddindən artıq ovlanmadan dolayı təbii fauna kəskin yoxsullaşmışdır. Amma ayı, dovşan, kəklik, canavar və s. kimi heyvanlar hələ də mövcuddur. Kəpənək növlərinin müxtəlifliyinə görə dünyanın ən önəmli yerlərindən biridir. Kükürd yataqlarına sahib dağ kəpənək populyasiyasına görə çoxsaylı turist və elm adamları tərəfindən tez-tez ziyarət olunur. Dağ həm də enoturizm üçün əhəmiyyətli məntəqə hesab oluna bilər.

Həmçinin bax

Murad dağı Honaz dağı Mədətsiz dağı

İstinadlar

Kateqoriya:Türkiyə dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər Kateqoriya:Şərqi Anadolu regionu Kateqoriya:Tavr dağları Kateqoriya:Türkiyədəki vulkanlar