Qars və Naxçıvanda müsəlman üsyanları — Qars vilayəti ərazisində və keçmiş Rusiya İmperiyasının İrəvan quberniyasının Naxçıvan, Sürməli, Şərur, İrəvan qəzalarında bu ərazilərin Ermənistan Demokratik Respublikasının tərkibinə daxil edilməsinə qarşı müsəlmanların silahlı üsyanları. Üsyanlar türk milliyətçilərinin, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir. Üsyan İrəvan hökuməti tərəfindən yatırılmışdır.

Üsyanlardakı məqsədlərdən biri də Anadolu və Qafqazdakı türklər arasında pantürkist koridor yaratmaq idi. Üsyanlar ilki 1 iyul 1919-cu ildə başlamış və 1920-ci ilin 28 iyulunda bitmişdir.

Osmanlı ordusunun Cənubi Qafqazdan geri çəkilməsindən sonra yerli müsəlmanlar bu bölgələrin Ermənistana birləşdirilməsinə qarşı müqavimət göstərə bilmələri üçün silahlandırıldılar. 1919-cu ilin yazında Qafqazdakı Britaniya komandanı ermənilərə qurulmuş bu qurumları ortadan qaldırmağa yardım etdi. Lakin bir neçə ay sonra Anadoludan və Azərbaycandan göndərilmiş şəxslərin, yerli əhalinin qətiyyəti nəticəsində erməni administraisyası çökdü və bölgə tamamilə Azərbaycan türklərinin əlinə keçdi. Bu 1920-ci ilin yayında ermənilərin tam əks-hücuma keçməsinə qədər belə davam etdi.

Ermənilərin Naxçıvanı işğal etmək üçün göndərilmiş ordusu Azərbaycanı həmin ilin yazında işğal etmiş bolşevik ordusu tərəfindən durduruldu. Qars bölgəsi qısamüddətli erməni hakimiyyətinə tabe etdirilsə də, 1920-ci ilin sentyabrında Kazım Qarabəkir Paşanın başlatdığı hücum nəticəsində Ankara hökumətinin əlinə keçdi. Üsyanlar zamanı təşkil edilmiş müsəlman-türk ordusu tərəfindən məğlub edilmiş erməni ordusuna Qafqazın şimalında olan Anton Denikin silah-sursat göndərmişdi.

Zəmin Oktyabr inqilabı və Cənubi Qafqazda rus hakimiyyətinin çökməsindən sonra, 4 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsi ilə Ermənistan Osmanlı imperiyası qarşısında bəzi bölgələrə olan iddiasından əl çəkdi. Bu bölgələrə Qars, İrəvan quberniyasının qərb hissələri (Sürməli və Naxçıvan uyezdləri və ya müasir Naxçıvan və Türkiyənin İğdır ili) daxil idi.

Müharibədə Osmanlı imperiyasının məğlub ayrılması ilə imzalanmış Mudros atəşkəsinə görə Osmanlı ordusu keçmiş rus imperiyası torpaqlarından çıxmalı idi. Brest-Litovsk sülhü ilə Rusiyadan alınmış Qars və Batum oblastlarındakı Osmanlı ordusu Antanta dövlətləri nümayəndələrinin yerlərdəki vəziyyəti öyrənməsinə qədər geri çəkilməyə bilərdi. Özünün müstəqilliyini elan etmiş Cənubi Qafqaz dövlətlərinin gələcəyi qeyri-müəyyən olaraq qalmaqda idi. Birinci Dünya müharibəsində Mərkəz dövlətlərinin məğulb olmasına görə, əvvəllər imzalanmış Brets-Litovsk və Batum sülh müqavilələri qüvvədən düşmüş elan edilmişdi. Bundan istifadə edən Ermənistan və Gürcüstan Anadoludan torpaq qoparmaq istəyində idilər. Eyni zamanda, yeni yaranmış Ermənistan, Gürcüstan və Azərbaycan respublikalarının beynəlxalq tanınması və sərhədlərinin müəyyənləşdirilməsi problemi qalmaqda idi. 1918-ci ilin oktyabrında Ermənistan bütün İrəvan quberniyası və Qars oblastına, Tiflis quberniyasının Borçalı və Axalkalaki qəzalarına, Yelizavetpol quberniyasının müəyyən bölgələrə - Zəngəzur qəzasının hamısına, Cavanşir, Qaryagin Şuşa və Qazax qəzalarının dağlıq hissələrinə - iddialar irəli sürdülər. Etnik baxımdan qarışıq olan bu yerlərdə bir-iki istisna olmaqla ermənilər heç bir yerdə əhalinin əksəriyyətini təşkil etmirdilər. Buna baxmayaraq, ermənilər iddialarını bu yerlərin "qədim və orta əsrlərdə erməni dövlətçiliyinə daxil olduğu" və "əhalinin çox hissəsinin emrənilərdən təşkil edildiyi" ilə əsaslandırmağa çalışırdılar. Hətta bəzi dairələrdə, ermənilər dənizə çıxış əldə edə bilmək üçün Batuma belə iddia qaldırmışdılar. Keçmiş İrəvan qubernatorluğunun cənub əyalətləri olan Şərur və Naxçıvan da Ermənistanın ərazi iddialarının Britaniya işğalçı hakimiyyəti tərəfindən dəstəkləndiyi ərazilər sırasında idi. Lakin bu rayonların Ermənistanın tərkibinə daxil edilməsi yerli müsəlman əhalinin, əsasən, bu dövrdə bu ərazilərdə mütləq çoxluğa malik olan tatarların (azərbaycanlıların) istəklərinə zidd idi. Baxmayaraq ki, o zaman yerli azərbaycanlılar, hətta Türkiyənin dəstəyi ilə belə, nizami erməni qoşunlarına müqavimət göstərə bilməzdilər, lakin erməni qoşunlarının erməni-gürcü döyüşünə cəlb olunması səbəbindən ermənilər bu ərazilərə nəzarətin yaradılmasını təxirə saldılar. Osmanlı ordusunun bu bölgələri boşaltması 1918-1919-cu illərdə baş verdi. Bölgələrin boşaldılması ilə formalaşdırılmış müsəlman-türk qurumları Ermənistan və Gürcüstanın qərbə doğru genişləmə istəkləri qarşısında buraxıldı. Müharibədə ağır bir şəkildə məğlub olmasına baxmayaraq Osmanlı türklərindən olan şəxslər Britaniyanın Cənubi Qafqazdan çıxmasından sonra yerli əhalini erməni hakimiyyyətinə qarşı üsyana başlamağa təşviq edirdi. Bu təşviqlər və ermənilərin yerli əhaliyə qarşı etnik təmizləmə siyasəti 1919-cu ilin yayında yerli türklərin üsyana başlamasına səbəb oldu.

Dövrün müasiri olan qaynaq yazır:

1919-cu ilin yayından etibarən, repatriasiya məsələsi geniş yayılmış müsəlman üsyanları ilə tamamilə kölgədə qaldı. Sözügedən repatriasiya məsələsini ermənilərin həyatda qalması məsələsinə dönüşdürmüşdü.

1921-ci ildə C. E. Bechhofer Roberts yazırdı:

İğdır cəbhəsində General Sebo kürdləri kənarda saxlayırdı...Ararata tərəf [Ağrı dağı] Qəmərli cəbhəsi idi. Orada düşmən, təbii ki, türk yardımçıları tərəfindən dəstəklənən və onların agentləri tərəfindən təşviq edilən Tərtər idi. Düşmən ixtiyarında olan Naxçıvana gedən yol uzaq Şərqdədir.

Böyük Britaniya qüvvələrinin gəlişinə qədər Naxçıvan 4 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsinə görə Naxçıvan qəzasının 2/3 hissəsi, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və İrəvan quberniyasının İrəvan qəzasının cənub hissəsi Osmanlı imperiyasına verildi. Yerdə qalan bölgələr – Şərur-Dərələyəzin Dərələyəz hissəsi, Naxçıvan qəzasının Ordubad hissəsi Ermənistan ilə Azərbaycan arasında mübahisəli ərazi elan edildi. Azərbaycan, Ermənistan və Gürcüstan Osmanlı dövlətinin dəvəti ilə İstanbulda toplanan konfransa nümayəndələr göndərdi. Konfransın məqsədi Cənubi Qafqaz dövlətləri arasındakı ərazi münaqişəsini Mərkəz dövlətlərinin 4 üzvü ilə müzakirə etmək idi. Osmanlı müdafiə naziri Ənvər paşa ilə 1918-ci ilin yayında baş tutan görüşlərində ermənilər Dərələyəzə olan iddialarını dilə gətirdilər və bu iddialar Azərbaycan nümayəndələrinin etirazı ilə qarşılandı. Azərbaycan tərəfi öz iddialarını Dərələyəzin əsasən müsəlmanlar tərəfindən məskunlaşdırıldığı ilə əsaslandırırdı. Naxçıvan məsələsində də, xüsusən osmanlılar tərəfindən ələ keçirilməmiş Ordubad ilə bağlı da iki dövlət arasında münaqişə var idi.

Riçard Hovanisiyanın İttihad və Tərəqqi Cəmiyyəti daxilində mötədillərdən biri kimi qələmə verdiyi Üçüncü Osmanlı ordusu komandanı Vehib Paşaya görə, Ermənistan Yeni Bəyazid və İrəvanın hissələrindən, Üçmüədzin və Aleksandropoldan ibarət ola bilərdi. Bu o anlama gəlirdi ki, Osmanlı nə Dərələyəzi, nə də Ordubadı Ermənistanın bir hissəsi olaraq görmür. Bundan başqa, Ordubad Naxçıvanın digər yerlərini Qarabağ ilə birləşdirirdi və Osmanlı imperiyası da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı. Buna görə də Ordubad Ermənistanın bir hissəsi ola bilməzdi, bundan da başqa, Ordubadın ermənilərə veriləcəyi halda, Azərbaycanla Osmanlı imperiyası arasında birbaşa əlaqə olmaz və bu da onun regionda strateji məqsədlərinin həyata keçirilməsinə mane olardı.

Ermənilərin İstanbul konfransı boyunca Şərur-Dərələyəz və Naxçıvan üçün cəhdləri heç bir nəticə vermədi. 30 oktyabr 1918-ci ildə Mondros atəşkəsinin imzalanması ilə Osmanlı imperiyasının Cənubi Qafqazdakı nəzarəti Böyük Britaniya ilə əvəz edildi. Bu dəyişiklik erməni hakimiyyətində yeni ümidlərin meydana çıxmasına şərait yaratdı. Bundan yararlanan erməni hökuməti Antanta dövlətlərinə qarşı aktiv diplomatik cəhdlərə başladı. Məqsəd Paris Sülh konfransında Antanta dövlətlərinin buna yönəlik razılığını almaq idi. Ermənistanın Versal sülh konfransındakı nümayəndəliyinin rəhbəri Avetis Ahoroniyan 17 may 1919-cu ildə konfrans rəhbərliyinə memorandum təqdim etdi. Memorandumda Naxçıvana və Şərur-Dərələyəzə olan torpaq iddiaları da əks etdirilmişdi.

Azərbaycan türklərinin üsyanları Zəngibasar Bölgədən keçən Zəngi çayına görə (müasir dövrdə Hrazdan adlandırılır) Zəngibasar adlandırılan (bölgənin əsas məntəqəsi də Zəngibasar adlandırılmaqda idi və müasir Masis bölgəsinin bir hissəsini əhatə etməkdə idi) bölgə Ermənistanın müasir Ararat bölgəsinin şimal-qərbində və Ermənistanın paytaxtı İrəvandan cəmi 9 km cənub-qərbdə yerləşməkdə idi. Orada ümumilikdə 26 türk yaşayış məntəqəsində 30 min insan yaşamaqda idi. Erməni hakim dairələrinin bölgəyə Azərbaycan türklərindən nümayəndələr təyin etməsinə baxmayaraq, onların real hakimiyyəti Uluxanlıdakı məntəqələrindən o tərəfə keçmirdi. Həmçinin bölgə əhalisi Azərbaycan və Anadoludan gəlmiş şəxslərin ermənilərə qarşı mübarizəyə başlamağı ehtiva edən təbliğatına məruz qalırdılar.

Eyni zamanda yerli əhalinin 1918-ci ildən etibarən ermənilər tərəfindən etnik təmizləməyə məruz qalması bu təbliğat üçün münbit zəmin formalaşdırmışdı. Vedibasar Ararat vilayətinin cənubunda yerləşən Vedibasar bölgəsi əsasən Azərbaycan türkləri tərəfindən məskunlaşdırılmışdı və Böyük Vedinin açar məntəqəsi idi. 1 iyul 1919-cu ildə Böyük Vedidən olan süvari dəstə Dəvəli dəmiryolu stansiyasına hücum edərək emrəni əsgərlərini öldürdülər. 3 gün sonra 400 hərbçidən ibarət olan erməni ordusu Böyük Vediyə ultimatum göndərərək hücumda iştirak edən süvarilərin onlara təhvil verilməsini istədilər. Böyük Vedi buna meaxniki silahlardan açılan atəşlə cavab verdilər və bu atəşlə 160 erməni öldürüldü. Növbəti 10 gün ərzində erməni silahlıları kəndə durmadan hücum etsələr də, onu ələ keçirib yağmalaya bilmədilər. Kənd sakinləri effektiv şəkildə müdafiə olunmaqda idi. 10 avqust 1919-cu ildə Drastamat Kanayan hücuma keçib 5 döyüçən kəndi ələ keçirib Böyük Vedi yüksəkliklərinə çatsa da, məntəqəni ələ keçirə bilmədi.

14 iyul 1919-cu ildə Azərbacanın Ermənistandakı nümayəndəsi və müsəlmanların uğurlu müqavimət göstərməsində mühüm rol oynamış Məhəmməd xan Təkinski Bakıya göndərdiyi məktubda bunları qeyd edirdi:

Böyük Vedidəki vəziyyət ciddidir, Ermənistan bütün qüvvələrini cəmləşdirməkdədir. Hərbi səfərbərlik elan edilmişdir. Müsəlmanlar Azərbaycanın hərbi müdaxiləsi ilə azad edilə bilər...Müsəlmanların inadkar müqaviməti ingilisləri qəzəbləndirmişdir. Döyüşlər davam etməkdədir. Müsəlmanların yardım üçün müraciətinə cavab olaraq mən elan etdim ki, Azərbaycan indilik ordu ilə yardım edə bilməz, lakin müsəlmanların bütün itkiləri və onlara vurulmuş zərər dərhal Azərbaycan tərəfindən kompensasiya ediləcəkdir. Bütün Şərur-Naxçıvan-Ordubad və Qars bölgəsində böyük hadisələrin baş verəcəyi gözlənilir. Bir gün belə itirmədən, hərbi təşkilatlar üçün böyük məbləğdə pul göndərin.|author=Mahammad khan Takinski}}

Üç gün əvvəl Təkinski Azərbaycan hökumətinə ermənilərin Böyük Vedidə 200 itki ilə nəticələnən və yerli əhalinin "iki artilleriya və səkkiz pulemyot" ələ keçirməsi ilə nəticələnən uğursuz əks-hücum barədə məlumat vermişdi. Ermənilər bütün bu məğlubiyyətlərini guya bu üsyanlarda türk zabitlərinin iştirakı ilə əlaqələndirsələr də, tarixçi Cəmil Həsənli orada bir dənə belə türk zabitinin olmadığını yazmaqdadır.

Bundan bir ay əvvəl, 1919-cu ilin iyununda Bakıya yazmış olduğu məktubda Məhəmməd xan Təkinski bunları qeyd edirdiI:

Ermənilər Bakını işğal edəcəklərinə ümid edərək Dobrarmiyanın Könüllü ordu hərəkətinə sevinirlər, baxmayaraq ki, iyunun 1-də Xatisov naharda məni müstəqilliyin özünü [qoruması] məsələsində Ermənistan və Azərbaycanın ümumi maraqlarının olduğuna təminat verdi. Dobarmiya ilə mürəkkəb vəziyyət yarandığı zaman Ermənistan bizə düşmən mövqe alacaq, buna görə də, tez bir zamanda hərbi təşkilatlara pul ayıraraq Şərur-Naxçıvan bölgəsində Ermənistana təhdid formalaşdırmaq lazımdır. Gördüyüm tədbirlər sayəsində artıq Şəruro-Naxçıvan [və] Ordubad mənimlə daim əlaqə saxlayan Milli Şuranın ətrafında birləşiblər.

Şərur-Naxçıvan thumb|Şərur-Naxçıvanın etnik xəritəsi.