Suren Arutyunoviç Adamyan (; ) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı.
Həyatı Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır. Cinayətdə 11 nəfər şübhəli bilinərək saxlanılmış, 2 nəfər məhkəmənin qərarı ilə ölüm hökmünə — güllələnməyə məhkum edilmişdir.
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Separatçılar 1983-cü ildə Adamyanı öldürüb azərbaycanlıların üstünə atmaq istədilər (1-ci hissə), Adamyanı kim öldürdü (2-ci hissə)
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları