Suyak adası () — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Afoqnak adasının şimalında (ondan ensiz Şuyak boğazı ilə ayrılır) yerləşir. Kuk körfəzi Stivenson keçidi Şuyakı Barren adalarını şimaldan ayırır. Adaya ilk dəfə 1785-ci ildə rus səyyahı Qriqori Şelixov tərəfindən ad verilmişdir.
Adanın sahəsi 168,3 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, əhalisi 4 nəfərdirShuyak Island and neighboring islets: Block 2007, Census Tract 1, Kodiak Island Borough United States Census Bureau. Ərazinin böyük hissəsini Şuyak adası Dövlət Parkı tutur. Adanın iqtisadiyyatı turizmə əsaslanır. Əvvəllər Şuyakda böyük balıq emalı zavodu yerləşirdi. İstinadlar
Kateqoriya:Kadyak arxipelaqı