Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — azərbaycanlı müğənni
Həyatı Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir. Karyerası İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır. 2001-2003 illər solo karyerasına başlamış, 2002-ci ildən 2006-ci ilədək bəstəkar Vaqif Gərayzadənin yaratdığı və bədii rəhbərlik etdiyi W-Trio pop qrupunun vokal solisti olmuşdur. 2007-ci ildən hazırkı günədək solo fəaliyyət göstərməkdədir.
2015-ci ildə Space TV-də Əsl Şou verilişinin aparacısı olmuşdur.
Diskoqrafiya
Videoqrafiya +SayKlipTarix01Sən İdin200602Tənha İdim200903Gecələr201104Hərdən Arada201305Bir Şans Ver ft. Niyam Salami 201606Qarip Dünya 201807Bağışla 201808İki-İki ft. Jayhun 201809Kin 201910Apar Məni 201911O Məni 201912Ayrı-Ayrı 202113Ağlasın2021144 Fəsil 202115Kaş Ki 202216Ahuzar İçində 202317Nə İdi Günahım2024 Şəxsi həyatı 2023-cü ilin sentyabr ayında ailə qurmuşdur.Toy yalnız xanımların iştirakı ilə keçirilmişdir. Övladı yoxdur. Ailəsi Anası Svetlana Sultanova pedaqoqdur, uşaq bağçası müdiri vəzifəsində çalışır. Atası Əli Sultanov isə fərdi sahibkar olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nizami rayonunda doğulanlar Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları