Katemalyo adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yam adalarına daxildirОбзорно-географический Атлас России. — Картография, АСТ, Астрель, 2010. — С. 124..

Toponim SSRİ-nin Şimal-Şərqi Toponimik lüğətinə görə, adın linqvistik mənsubiyyəti müəyyən edilməmişdirЛеонтьев В. В., Новикова К. А. Атыкан // Топонимический словарь Северо-Востока СССР / науч. ред. Г. А. Меновщиков; ДВО АН СССР. Сев.-Вост. комплекс. НИИ. Лаб. археологии, истории и этнографии. — Магадан: Магад. кн. изд-во, 1989. — С. 77. — 15 000 экз. — ISBN 5-7581-0044-7..

Coğrafiya Beş müstəqil konus formalı qaya çıxıntısı ilə təmsil olunur. Pyaqin yarımadasından və Udaça körfəzindən təxminən 3 kilometr şərqdə yerləşir. 3,2 kilometr qərbdə Yam adalarından olan Baran adası qəraralaşır. Katemalyo adasına eniş praktiki olaraq mümkün deyil.

Ən yüksək yeri 59 metrdir. Qonşu akvatoriyasının dərinliyi 50–63 metrdir.

Adada təxminən 1500 cüt ağılsız, 2.000 cüt üçbarmaqlı qağayı , 20.000 cüt Uria lomvia və Uria aalge yuva qurur. Maqadan Təbiət Qoruğunun Yam adaları bölməsinin bir hissəsidir.

İstinadlar

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Maqadan vilayəti adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları