Beylli-Hamilton adası () — Kanada Arktik arxipelaqına daxildir. Adada hazırda yaşayış yoxdur (2012).
Coğrafiya Beylli-Hamilton adası üç böyük ada ilə əhatə olunmuşdur — Baterst, Kornuollis və Devon. Beylli-Hamilton adasının qərbində, Kuins boyunca, Baterst adası; şimala və şərqə, Vellinqton boğazı boyunca Devon adası; cənubda, Mairi boğazı boyunca Kornuollis adası yerləşir. Adanın sahəsi 290 km², sahil xəttinin uzunluğu 74 km-dir.
Adanın demək olar ki, düzbucaqlı forması vardır. Uzunluğu 26 km, maksimum eni isə 12 km-dir. Sahil hündürlüyü 20 metrdən 100 metrə qədər olan qayalıqlardan ibarətdir. Adanın səthi əsasən düzdür, şimalda hündürlüyü 200 metrə qədər olan təpələr yayılmışdır.
İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları