Osman ibn Məzun (; ) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. İslamı qəbul edən on üçüncü şəxs, ikinci raşidi xəlifə Ömər ibn Xəttabın qaynıdır.

Bioqrafiya Onun tam adı Əbu əl-Səib Osman ibn Məzun ibn Həbib ibn Vəhb ibn Həzafa ibn Cümədir (). O, Qureyş qəbiləsinin Bənu Cümə qəbiləsindən olmuşdur.

O, Həvlə bint Həkimlə evlənmişdir. İbn İshaqın dediyinə görə, o, məkkəli bütpərəstlərin təzyiqindən yayınmaq üçün Efiopiyaya hicrət edən bir qrup müsəlmana başçılıq etmişdir. Məhəmmədin Qureyşlə barışması barədə yalan xəbərdən sonra o, Məkkəyə qayıdır və əmisi Vəlid ibn əl-Muğirənin himayəsində qalır.Sayed Ali Asgher Razwy A Restatement of the History of Islam and Muslims al-islam.org

Osman ibn Məzun 624-cü ildə Mədinədə vəfat etmişdir. O, əl-Bəqi qəbiristanlığında dəfn edilən ilk mühacir olmuşdur. İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Qureyş