Ekipaj ( — «Uçuş» və ya «Reys») və ya Uçuş — 2012-ci il istehsalı ABŞ dram filmi. Filmin rejissoru Robert Zemekisdir. Filmdə baş rolda Denzel Vaşinqton çəkilib. Vaşinqton filmdə peşəkar pilot rolunu canlandırmışdır.
Filmin ABŞ-də premyerası 2 noyabr 2012-ci ildə, Rusiyada isə 15 noyabr 2012-ci ildə baş tutmuşdur..
Süjet xətti
Uip Vayteker təcrübəli sərnişin təyyarəsi pilotudur. Bütün həyatını mülki aviasiyaya həsr edib. Ancaq çoxları onun şəxsi həyatından xəbərsizdir. Mütəmadi olaraq sərnişinləri daşıyan pilotun spirtli içki və narkotik vasitələrin alüdəçisi olduğu çoxlarının ağlına gələ bilməzdi. Uip tədricən həyatı və karyerasının uçuruma doğru yuvarlandığını özü də hiss edir. Belə günlərinin birində göyərtəsində 102 sərnişinin olduğu avialaynerlə növbəti reysi həyata keçirir. Uçuş zamanı təyyarədə ciddi nasazlığın yarandığı ilə bağlı sistemə xəbərdarlıq daxil olur. Vayteker uzun illərin təcrübəsindən qaynaqlanan yüksək səriştə və soyuqqanlılığı sayəsində nasazlığın öhdəsindən gəlir və çətinliklə də olsa təyyarəni yerə endirərək sərnişinlərin çoxunun həyatını xilas edir. İnsidentdən sonra Uip qəhrəman kimi qələmə verilsə də, aviaqəzanın araşdırılması zamanı şəxsi həyatının bir çox qaranlıq məqamları üzə çıxır. İndi onun qəhrəman olub olmadığı ilə bağlı son sözü məhkəmə deyəcək.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Robert Zemekisin filmləri Kateqoriya:Atlanta haqqında filmlər Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Alkoqolizm haqqında filmlər Kateqoriya:Aviasiya qəzaları və ya insidentləri haqqında filmlər Kateqoriya:Təyyarədə çəkilmiş filmlər Kateqoriya:ImageMovers filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:Volter F. Parksın prodüseri olduğu filmlər Kateqoriya: Robert Zemekisin prodüseri olduğu filmlər Kateqoriya:2012-ci ilin triller filmləri Kateqoriya:ABŞ-nin aviasiya filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:ABŞ-də fahişəlik haqqında filmlər Kateqoriya:Con Qeytnisin ssenari müəllifi olduğu filmlər Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:Narkomaniya haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Pilotlar haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar